Yardım
(050) 555 0 222
Bu gün 149 yeni elan
Qeydiyyat Kabinet Seçilmişlər Axtarışlar
AUTO.AZ
Məsələn, Mercedes-Benz
Elan yerləşdirmək
AUTO.AZ ElanlarAUTO.AZ Elanlar + 149
Avto AzərbaycanAvto Azərbaycan
ForumForum
Dəstək xidməti:(050) 555 0 222
Bugatti-dən yubiley hiperkarı
40 26730.08.2019 10:30

Bugatti-dən yubiley hiperkarı

Kupe markanın son modelinin – Chiron-un bazasında yığılıb. Lakin onun dizaynı 1991-ci ildə nümayiş etdirilmiş və şirkətin təsisçisi Ettore Buqattinin 110 illəyinə həsr olunmuş EB110 hiperkarına daha bir işarə olaraq düzəldilib. O vaxtlar Bugatti brendinin hüquqları italiyalı Romano Artioliyə məxsus idi.

Honda hetçbək Civic-i təkmilləşdirib
39 53528.08.2019 11:30

Honda hetçbək Civic-i təkmilləşdirib

Model sedan və kupenin təkmilləşdirilməsindən 1 il sonra modernləşdirildi. O da eyni təkmilləşdirməni aldı. Radiator barmaqlığı daha gözəl alındı, bamperlər üzərində isə fərqli aksentlər peyda oldu. Faralar indi gümüşü deyil, qara rəngdə haşiyəyə alınıblar. Honda-nın ən güclü versiyalarında optika fərqli diod işıqlarla təchiz edilir.

Lexus dəbli yaşıl LC nümayiş etdirib
75 75124.08.2019 10:45

Lexus dəbli yaşıl LC nümayiş etdirib

İkiqapılının məhdud tirajı Inspiration Series adlandırılıb. Bu cür Lexus LC-lər xüsusi dekorla seçilirlər. Ban yaşıl rəngə (Terrane Khaki) boyanıb. Güzgülərin korpusu və asma detallar parlaqdır. O, beşyarpaqlı və təzad yaradan aksentləri olan 21-düymlük təkər diskləri ilə təchiz edilib.

Rolls-Royce Ghost ilə gözəl vidalaşdı
36 79020.08.2019 11:35

Rolls-Royce Ghost ilə gözəl vidalaşdı

Məşhur Britaniya markası hər 10 ildən bir öz model sırasını yeniləyir və bu, kolleksiyaçılar üçün hər dəfə bir gözəl hadisəyə çevrilir. Rolls-Royce seriyalı modellərin xüsusi, nadir və çox bahalı versiyasını istehsal edir. Ghost ilə olan halda isə bu yenilik Zenith adlandırılıb.

Acura-dan yeni sedan
68 08817.08.2019 10:00

Acura-dan yeni sedan

TLX-in növbəti nəslindən xəbər verən bu avtomobil konsept statusunda təqdim edilib. Lakin daha bir maraqlı məqam vardır. Type S adı təkmilləşdirilmiş sedan versiyasının peyda olacağına işarə verir. Bir vaxtlar bu lövhəni ən təkmil Acura-lar daşıyırdılar. Görünür, istehsalçılar ənənəni bərpa etmək qərarına gəliblər.

Volkswagen T-Roc-un damını ləğv etdi
50 40115.08.2019 11:30

Volkswagen T-Roc-un damını ləğv etdi

Yeni Сabriolet standart krossover T-Roc-un bazasında yığılıb. Lakin damın olmaması səbəbindən avtomobili ciddi şəkildə təkmilləşdirmək lazım gəldi. Məsələn, Volkswagen T-Roc Cabriolet alt hissə və qapılar üçün güclü konstruksuta aldı, həmçinin ölçüləri bir qədər böyüdü.

Kia Mohave: möhtəşəm təkmilləşdirmə
66 57412.08.2019 11:00

Kia Mohave: möhtəşəm təkmilləşdirmə

Koreya markası elə də gənc olmayan Mohave modelinin istehsalını dayandırmaq əvəzinə, onu daha da təkmilləşdirib. Diqqətlə baxdıqda görmək olar ki, koreyalılar 2008-ci ilin ban nümunəsini qoruyub saxlayıblar, lakin qabaq hissə tamamilə yenidir. Yeni bamperə, barmaqlığa və faralara fərqli kapot və qanadlar əlavə edilib. Arxa hissədə baqajın qapağı dəyişilib, yeni böyük fənər peyda olub. Kia qərara gəlib ki, interyeri göstərməsin və rəsmi təqdimatı gözləməyi təklif edib.

Porsche ən güclü Cayenne təqdim edib
41 83010.08.2019 10:30

Porsche ən güclü Cayenne təqdim edib

Avtomobil istehsalçısı özünün məşhur krossoverlər sırasını hibridlərlə daha da genişləndirib - Cayenne Turbo S E-Hybrid və Cayenne Turbo S E-Hybrid Coupе. Hər iki model hazırda ən güclü Panamera-da istifadə edilən güc qurğusu (həmin hibrid) alıb.

Yeni Chevrolet Corvette
57 92208.08.2019 11:00

Yeni Chevrolet Corvette

Səkkizinci Chevrolet Corvette sələfi Stingray-dən önşəkilçisini alıb. Stingray isə bunu öz növbəsində ötən əsrin 60-cı və 70-ci illərində istehsal edilmiş modellərdən götürmüşdü. Beləliklə, istehsalçılar nəsillərdən keçən vərəsəliyi vurğulayıblar. Ümumilikdə isə sportkar köklü dəyişikliyə məruz qalıb.

Pagani-dən hiperkar Huayra Roadster BC
55 73705.08.2019 10:30

Pagani-dən hiperkar Huayra Roadster BC

Pagani Automobili şirkəti özünün Huayra Roadster BC adlı ilk yeniliyinin sirrini açıb. Gözlədiyimizin əksinə olaraq, mühəndis və biznesmen Qoratsio Paqaninin icadı Huayra ailəsində ən yüngül olmadı. Lakin yaxşı göstərici əldə edildi. Yeni rodsterin çəkisi 1250 kq-dır. Bu, əlbəttə ki, üstü bağlı Pagani Huayra BC-dən (1218 kq) 32 kq ağırdır. Lakin indiki üstü açılan Huayra Roadster-dən (1280 kq) 30 kq yüngüldür.

Lexus LX aqressiv idman paketi aldı
56 69201.08.2019 10:10

Lexus LX aqressiv idman paketi aldı

Adətən idman və Lexus LX sözləri bir-birinə uyğun gəlmirlər. Lakin yapon şirkəti hesab edib ki, flaqman yolsuzluq avtomobilinə sağlam aqressiya mane olmaz. Lexus LX alıcılarında opsional idman paketi əldə etmək imkanı yarandı.

Mansory-dən Ferrari 812 Superfast Stallone
49 51724.07.2019 11:25

Mansory-dən Ferrari 812 Superfast Stallone

Mansory-nin əməkdaşlarının Cenevrədə keçirilən avtomobil sərgisində Ferrari 812 Superfast-ı artıq nümayiş etdirdiklərinə baxmayaraq, o vaxt elə də çox adam bu modelə diqqət yetirməmişdi. Sərginin ziyarətçiləri, elə Mansory-nin öz mütəxəssisləri də şirkətin digər malları ilə, məsələn təkmilləşdirilmiş Bugatti Chiron ilə məşğul idilər. Lakin 812 Superfast diqqətə layiq nümunədir. O, alman atelyesində klassik modifikasiya dəsti alıb: banı, salonu və mühərriki tüninq olunub.

Mercedes AMG A 45 və AMG CLA 45 təqdim etdi
35 88222.07.2019 10:30

Mercedes AMG A 45 və AMG CLA 45 təqdim etdi

Hudvudda keçirilən sürət festivalında Mercedes-AMG şirkəti özünün kompakt modelləri olan А 45 və СLA 45-in sirrini açıb. AMG-nin iki yeni modeli təsir bağışlayan göstəriciləri ilə istehsal edilib. Bu göstəricilər həmin sinifdə rekord sayılır. Hər iki versiya turbolaşdırılmış, 2-litrlik, 4-silindrli, 415 a.g. və 500 Nm fırlanma anı verən mühərriklə təchiz edilib. Onlar ilk yüzlüyə cəmi 3,9 saniyəyə sürətlənirlər.

Təkmilləşdirilmiş Mercedes-AMG GLC 43
36 58820.07.2019 11:30

Təkmilləşdirilmiş Mercedes-AMG GLC 43

Flaqman sayılan GLC 63-ün restaylinqindən bir neçə ay sonra indeksi 43 olan krossover də təkmilləşdirildi. İndi krossoverlər mühərrikdən başqa digər elementlərinə görə böyük qardaşlarına bənzəyirlər.

Yeni BMW X6 təqdim edildi
32 22917.07.2019 11:00

Yeni BMW X6 təqdim edildi

İkinci nəsil BMW X6-nın təqdimatından 11 il sonra alman şirkəti nəhayət ki, idmansayağı yolsuzluq avtomobilinin üçüncü nəslini təqdim etdi. BMW X6-nın yeni nəsli sələfindən daha aqressiv görünür. O, artıq BMW üçün ənənəvi olan yeni radiator barmaqlığı alıb və ölçüləri bir qədər böyüyüb. Bundan əlavə, model üçün hərəkət zamanı yanacaq barmaqlıq işıqları da təklif ediləcək.

Geriyə 1 2 3 4 5 ... 36 İrəli
Bütün yeni elanlar
  • Avtomobillər
  • Motosikletlər
  • Texnika
  • Qeydiyyat nişanları
Ən çox axtarılan
  • Mopedlər və skuterlər
  • Çin istehsalı olan mopedlər
  • Mercedes W202 Azərbaycanda
  • Amerika avtomobilləri
  • Nömrə satışı
  • Sumqayıt maşın bazarı
  • Gəncə maşın bazarı
  • Sərfəli qiymətə maşın nömrələri
Yardım
  • Yerləşdirmə qaydaları
  • Dəstək xidməti
  • Auto.az-da Biznes
  • Saytda reklam
© 2011–2026 AUTO.AZ MEDİA MMC, VÖEN: 1703459891
İstifadəçi razılaşması Məxfilik siyasəti İctimai oferta Mobil versiya