Porsche Cayenne Coupe yeni mühərriklər alıb
Porsche şirkəti model sırasını genişləndirir. O, daha bir yeniliyi təqdim etdi - Cayenne və Cayenne Turbo arasında yerləşən Cayenne S Coupe modifikasiyası. Bu versiya 2,9-litrlik, iki turbo yükləyicisi olan V6 mühərriki ilə təchiz edilib ki, o, 434 a.g. və 550 Nm fırlanma anına malikdir. Mühərrik 8-pilləli avtomat sürət qutusu və tam ötürücü ilə birgə çalışır.














