Yardım
(050) 555 0 222
Bu gün 149 yeni elan
Qeydiyyat Kabinet Seçilmişlər Axtarışlar
AUTO.AZ
Məsələn, Mercedes-Benz
Elan yerləşdirmək
AUTO.AZ ElanlarAUTO.AZ Elanlar + 149
Avto AzərbaycanAvto Azərbaycan
ForumForum
Dəstək xidməti:(050) 555 0 222
Cadillac yeni sedan CT5 təqdim edib
61 50120.04.2019 10:30

Cadillac yeni sedan CT5 təqdim edib

Cadillac CT5 köhnə ATS və CTS modellərini əvəz etməlidir. Onun kompakt sedan olmasına baxmayaraq, orta ölçülüdür və BMW 5-Series, Audi A6 və Mercedes E-Class kimi Avropa modelləri ilə rəqabət apara bilər.

Renault City K-ZE modelini təqdim edib
67 27117.04.2019 11:15

Renault City K-ZE modelini təqdim edib

Ötən il Renault ilk dəfə Paris avtosalonunda City K-ZE modelinin konseptini təqdim etmişdi. İndi isə modelin məhsuldarlığının detallarını açıqlamaq vaxtı gəlib çatıb.

Mini məşhur modelini yeniləyib
57 42115.04.2019 10:15

Mini məşhur modelini yeniləyib

İstəyirsiz inanın, istəyirsiniz yox, lakin qarşınızda həqiqətən yenilənmiş Mini Clubman 2020 dayanıb. Onun üslubunda bir qədər dəyişiklik edilib. Çox güman ki, Mini elektrikli gələcəyə hazırlaşır, ona görə də cari modellərində dərin dəyişikliklər həyata keçirir.

Audi üç yenilik təqdim edib
65 56014.04.2019 13:07

Audi üç yenilik təqdim edib

Audi şirkəti birdəfəyə üç yeni gücləndirilmiş modelini təqdim etdi - S6, S6 Avant və S7 Sportback. Beləliklə, avropalı müştərilər 3-litrlik, elektrikləşdirilmiş dizel V6 TDI mühərriki sifariş edə biləcəklər. O, 344 a.g. və 700 Nm fırlanma anına malikdir. Güc qurğusu 8-pilləli avtomat sürət qutusu və tam ötürücü ilə birgə çalışır.

Volkswagen konsept ID Roomzz təqdim etdi
74 44412.04.2019 12:59

Volkswagen konsept ID Roomzz təqdim etdi

Volkswagen şirkəti Şanxay avtoşousu ərəfəsində keçirilən xüsusi tədbirdə yeni konsept ID Roomzz təqdim edib. Volkswagen-in elektrik sıralamasının sonuncu nümayəndəsi olan ID Roomzz modeli konseptdir və markanın gələcək 3 sıralı yolsuzluq avtomobilini nümayiş etdirir ki, o, 2021-ci ildə bazara çıxarılacaq.

Toyota yeni Highlander təqdim etdi
34 19110.04.2019 11:45

Toyota yeni Highlander təqdim etdi

Krossover Toyota Highlander-in dördüncü nəsli bu yaxınlarda Nyu York avtosalonunda təqdim ediləcək. Bu hadisəni istehsalçılar qeyri-adi tizerlə elan ediblər. Toyota-nın sifarişi ilə amerikan rəssam Maykl Mörfi yarpaqlardan asılmış 200 elementdən ibarət art-obyekt hazırlayıb. Müəyyən baxış bucağından onlar avtomobil kimi görünürlər – bu, gələcək nəsil Highlander-dir.

Mercedes-AMG kompakt sedan təqdim edib
63 70805.04.2019 10:30

Mercedes-AMG kompakt sedan təqdim edib

Mercedes-AMG yeni idman sedanı A 35-i təqdim etdikdən, demək olar, iki həftə sonra almanlar avtomobil dünyasına daha bir kompakt şedevr bəxş etdilər. CLA 35 sedan banında olan mühafizəkar qardaşına bənzəyir – o, 2-litrlik, 4-silindrli, turbo yükləyicili mühərriklə təchiz edilib (302 a.g., 400 Nm fırlanma anı).

Volkswagen gücləndirilmiş krossover təqdim edib
62 54705.03.2019 10:30

Volkswagen gücləndirilmiş krossover təqdim edib

Krossover Volkswagen T-Roc R-in Cenevrə avtosalonunda təqdim edilməsi ərəfəsində şirkət modelin onlayn təqdimatını keçirib. VW T-Roc R-un mühərriki Golf R-də olduğu kimidir – 296 a.g. və 400 Nm fırlanma anı verən 2-litrlik, 4-silindrli turbolaşdırılmış benzin mühərrik. O, 7-pilləli, iki muftalı avtomat sürət qutusu, artıq baza komplektasiyada tam ötürücü sistemlə birgə çalışır.

Polestar yeni model təqdim edib
66 22201.03.2019 10:30

Polestar yeni model təqdim edib

Polestar şirkəti ikinci tam elektrikli kompakt fastbək brendinin buraxılışı barədə rəsmi elan verdi. Görünür, dünyada Tesla-nın ilk əsl rəqibi nəhayət seriyalı istehsala hazırdır.

Tam yeni Peugeot 208
54 45525.02.2019 10:15

Tam yeni Peugeot 208

Peugeot şirkəti Cenevrə avtosalonu ərəfəsində yeni nəsil kompakt hetçbək 208-in sirlərini açdı. Xarici görünüş avtomobilsevərlər üçün yenilik olmadı, belə ki, modelin şəkilləri yüksək keyfiyyətdə də olmasa, artıq internetə sızmışdı. Lakin biz artıq Peugeot 208-i dəyərləndirə və onun texniki göstəriciləri barədə danışa bilərik.

Skoda-nın yeni krossoveri
55 39722.02.2019 11:25

Skoda-nın yeni krossoveri

Çexiyanın Skoda şirkəti Cenevrə avtosalonu ərəfəsində Avropa bazarı üçün nəzərdə tutulan kompakt krossover Kamiq-in onlayn təqdimatını keçirib. Heç kimə sirr deyil ki, Skoda yeni kompakt krossover üzərində Nissan Juke, Renault Captur və Hyundai Kona-ya meydan oxumaq üçün işləyirdi. Çex avtomobil istehsalçısı bir neçə tizer buraxdıqdan sonra modelin bütün detallarının sirrini açmaq vaxtı gəlib çatdı.

Yeni BMW X3 M və X4 M
33 75320.02.2019 10:25

Yeni BMW X3 M və X4 M

BMW şirkəti yolsuzluq avtomobilləri X3 və X4-ün M idman versiyalarının onlayn təqdimatını keçirib. Bu krossoveri adi X3 və X4-dən fərqləndirmək üçün M-versiyalara qara radiator barmaqlığı quraşdırılıb, avtomobillərin qabaq hissələri daha aqressiv olub, hava çıxıntıları daha da böyüdülüb, həmçinin güzgülərin qapaqları daha aerodinamikdır, arxada isə unikal diffuzor var.

Land Rover-dən hibrid Range Rover Sport
44 15317.02.2019 11:00

Land Rover-dən hibrid Range Rover Sport

Land Rover şirkəti Range Rover Sport HST-ni təqdim edib. O, yumşaq hybrid güc qurğusu almış ilk seriyalı Jaguar Land Rover avtomobilidir. Yolsuzluq avtomobili 3-litrlik, 6-silindrli, 395 a.g. və 550 Nm fırlanma anı verən tam yeni benzin mühərrik alıb. O, V6-nı əvəz edib. Əsas fərqləndirici cəhəti isə ikili turbo yükləyici və xüsusi elektrik super yükləyicidir.

Audi-dən təkmilləşdirilmiş TT RS
36 69615.02.2019 10:10

Audi-dən təkmilləşdirilmiş TT RS

Audi TT seriyasının təkmilləşdirilməsini davam etdirib və adi versiyalardan sonra kupe və rodster banında olan güclü RS də feysliftinqə məruz qalıb. RS qabaq hissəsi dəyişilib. Burada daha böyük yan hava çıxıntıları, yeni diodlu faralar, opsiya qismində isə dönə bilən xüsusi tutqun faralar mövcuddur.

Kia məşhur krossover Sportage-i yeniləyib
69 55414.02.2019 10:30

Kia məşhur krossover Sportage-i yeniləyib

Koreyanın avtomobil istehsalçısı Kia məşhur krossoveri olan Sportage-i yeniləmək qərarına gəlib və onu Çikaqo avtosalonunda nümayiş etdirib. Kompakt krossover artıq yeni qabaq və arxa bamperlərə, diodlu dönmə indikatorları olan yeni faralara, duman əleyhinə faralara, arxa fənərlərə və yeni dizaynda təkər disklərinə malikdir.

Geriyə 1 ... 4 5 6 7 8 ... 36 İrəli
Bütün yeni elanlar
  • Avtomobillər
  • Motosikletlər
  • Texnika
  • Qeydiyyat nişanları
Ən çox axtarılan
  • Azərbaycanda yeni avtomobillər
  • Lizinq
  • Toyota avtomobilləri
  • Sumqayıt maşın bazarı
  • Koreya istehsalı avtomobillər
  • Nömrə satışı
  • Qazla çalışan avtomobillər
  • Offroad (SUV)
Yardım
  • Yerləşdirmə qaydaları
  • Dəstək xidməti
  • Auto.az-da Biznes
  • Saytda reklam
© 2011–2026 AUTO.AZ MEDİA MMC, VÖEN: 1703459891
İstifadəçi razılaşması Məxfilik siyasəti İctimai oferta Mobil versiya