AUTO.AZ-da Biznes

Dilerlər, avtosalonlar və mağazalar üçün fərdiləşdirilmiş səhifələr satıcılar və alıcılar arasında ünsiyyəti peşəkar səviyyəyə yüksəldir.

AUTO.AZ-da biznes qurmağın üstünlükləri:


1. Asan yadda qalan internet ünvanı;

2. Fərdiləşdirilmiş səhifə, şirkət loqosu, daha çox əlaqə üsulları, ünvan və iş saatları;

3. İstehsalçının rəsmi nümayəndəsisinizsə, rəsmi diler statusu əldə etmək imkanı;

4. Hər bir elanınızın səhifəsində haqqınızda olan daha ətraflı məlumat bloku;

5. Saytda olan dilerlər, salonlar və ya mağazalar bölməsində səhifənizə keçidlər;

6. Sosial şəbəkələrdəki səhifələrimizdə reklamınız;

7. Ödənişli xidmətlərinin bonus tətbiqi;

... Və daha çox, servis daim inkişaf edir!

Auto.az İnternetdə unikal qısa ünvanlara (domenlərə) malikdir: Auto.az, Avto.az, Moto.az – bu da Azərbaycandan digər qitələrdəki ölkələrə qədər dünyanın bütün axtarış sistemlərində axtarış nəticələrinin ilk mövqelərində yer almağa imkan verir.
Adətən, avto və ya moto axtarışı zamanı "auto", "avto" və ya "moto" sözlərdən istifadə olunur, və bununla da axtarış nəticələri Auto.azMoto.az ilə başlayır.

Satıcılar üçün elanları yerləşdirmək və idarə etmək rahatdır – biz bütün imkanları təklif edirik: çoxlu sayda yüksək keyfiyyətli şəkillərdən tutmuş, satılan malın xüsusiyyətlərinin ətraflı təqdiminə qədər.
İstifadəçinin kabineti olduqca sadədir, uzun müddət öyrəşmək məcburiyyətində qalmayacaqsınız, hər şey rahatdır və öz yerindədir.

Alıcılara axtarmaq və, ən əsası, axtardıqlarını tapmaq asandır: hər bir internet istifadəçisi üçün başa düşülən geniş və mətn üzrə axtarışları. Axtarış sisteminin alqoritmləri isə, axtarış sorğusu tam və ya düzgün qeyd olunmayıbsa belə, lazım olanı tapmağa kömək edəcək.

Auto.az avtomobil və motosiklet sürücüləri üçün universal platformadır, burada avtomobillər, motosikletlər və mopedlər, habelə ehtiyat hissələri və qeydiyyat nişanları satılır. Əlavə olaraq, avtobuslarının, yük maşınlarının, qoşqularının və digər tikinti və kənd təsərrüfatı texnikalarının satışı haqqında elanları tapa bilərsiniz.

Uzun illər təcrübəmizə əsasən, Auto.az Azərbaycanda istifadə üçün maksimum şəkildə adaptasiya edilmişdir.
Elanlarınızı yerləşdirin, biz onları sayı yüz minlərlə olan və hər gün artan potensial alıcılara çatdırmağa kömək edəcəyik.

AUTO.AZ-da biznes qurmaq asandır!
Bizimlə əlaqə saxlayın.