Mitsubishi-dən yenilənmiş ASX
Rəsmi fotolara əsasən demək olar ki, SUV-un xarici görünüşü yenilənib. Yeni formada optika və barmaqlıq qabaq hissənin X-şəkillə görünüşünü daha parlaq edir. Duman əleyhinə və dönmə işıqları üçün bamperin ətrafında böyük yerlər ayrılıb. Kapot da dəyişilib. Arxa hissədə T-şəkilli əlavələri olan yeni fənərlər quraşdırılıb ki, onlar Volvo-nu xatırladır.














