Subaru yeni Outback təqdim edib

Nyu York avtosalonunda Subaru nəhayət ki, yeni Outback 2020-nin sirrini açdı və məşhur krossoverin 6-cı nəslini təqdim etdi. Subaru Outback 2020 – bu, yeni Legacy-nin universal banda olan müxtəlifliyidir. Avtomobil eyni dizayna malikdir, lakin yer səthi ilə məsafəsi böyükdür və banında plastik mövcuddur ki, modelin yolsuzluq xarakterini vurğulayır.

55 32826.04.2019 10:35
Subaru yeni Outback təqdim edib

Yeni Outback yeni platformada yığılıb ki, bu, yolsuzluq avtomobilinin banının sərtliyini artırmağa, idarəetməni yaxşılaşdırmağa, yol səthi ilə məsafəni böyütməyə, - bu sinifdə olan rəqibləri ilə müqayisədə böyükdür (22 sm), - imkan verib.

Yeni nəsil Outback 6-silindrli mühərrikdən imtina edib. Əvəzində 260 a.g.-ə qədər gücləndirilmiş 2,4-litrlik 4-silindrli mühərrik alıb. Bu mühərrik Legacy-də quraşdırılır. Baza versiyaları 2,5-litrlik, 4-silindrli, 182 a.g. verən atmosferli mühərrik alacaqlar. Hər iki mühərrik variatorla birgə işləyir. Variator, həm də 8-pilləli mexaniki rejimə malikdir.

Outback 2020-nin interyeri yüksək keyfiyyətli materiallardan hazırlanıb. O, 11,6-düymlük ekranı olan, Apple CarPlay, Android Auto-nu dəstəkləyən informasiya-əyləncə sisteminə malikdir.