2020-ci ildə Bavariyanın dördüncü seriyası ikinci nəsilə addım atacaq. Kupe artıq tam sürətlə test edilir, şou-kar BMWConcept 4 isə Frankfurtda yeni ikiqapılının necə görünə biləcəyini nümayiş etdirir. Diqqət mərkəzində - birləşmiş “böyrəkləri” olan şaquli yerləşmiş barmaqlıqdır.

Dizayner Domaqoy Dukeçin dediyinə görə, koncept “bu xüsusiyyətə əmin və dəbli baxış təşkil edir”. Onun sözlərinə görə, “qril” forması BMW 328 kimi əfsanəvi klassikaya uyğun gəlir. Vitse-prezident Adrian vanXoydonkun dediyinə görə, -“Concept 4 markanın estetik mahiyyətini təcəssüm edir. O, özündə aydın və dəqiq dizaynlı ideal nisbətləri birləşdirir”.
İşıqdiodlu fənərlər – “ürəkdöyüntüsünü” təsvir edən ümumi optik lifli elementdir. Oların altında şaquli hava kanalları yerləşib. “Əzələli” arxa önlüyə diffuzor və bir cüt dördbucaqlı boru quraşdırılıb. ForbiddenRed ban rəngi kölgədə qaralır.
Uğurun sirri: böyük “böyrəklər”, diodlu optika, uzadılmış mühərrik örtüyü, uzun təkər bazası, hamar dam xətti, qısa asqılar və xırda detallara diqqət. Xarici güzgü-kameralarinin korpuslarında şüşəni çərçivələyən alüminium zolaq davam edir. Onun cilalanmış hissəsi güzgülü olur, o biri hissəsi isə banın rənginə boyanıb. Belə ki, güzgülərin içində müəyyən rakursda BMW-nin loqotipi görünür. 21 düymlük yüngül lehimli disklər beş mildən ibarətdir. Onlar təzad üçün qismən cilalanıb. Təssüf ki, interyer nümayiş üçün hazır deyil.