Lamborghini çox güclü superkar təqdim edib

Sian adlanan yenilik – “əmtəə” avtomobillərindən danışsaq markanın tarixində ilk – hybriddir. DYM kimi eyni platformalı AventadorSVJ-dən 6.5 V12 benzinlə işləyən mühərrik götürülüb. Mühərriki 720 Nm fırlanma anını saxlayıb 770 a.g.-dən 785 a.g.-dək gücləndiriblər. Onunla birgə robotlaşdırılmış sürət qutusuna daxil edilmiş kiçik elektrik mühərriki işləyir. Qurğunun ümumi gücü – 819 a.g.-dür.

64 32212.09.2019 11:15
Lamborghini çox güclü superkar təqdim edib

Elektrik mühərriki  sürət yığma zamanı 130 km/saat-dək sürətdə əlavə “təkan” verir. Sıfırdan yüzədək sürət yığma vaxtı dəyişməyib – 2,8 saniyə. Amma Sian 70-dən 120-dək sürəti  qohumundan 1,2 saniyə tez aradan qaldırır. “Yumşaq hibridlərdən” fərqli olaraq, elektrik mühərriki avtomobilin aşağı sürətlə ¬- məsələn, parketmə zamanı  - yer dəyişməsinə imkan verir.

Enerji üçün “depo”rolunu oynayan, salon və mühərrik arasındakı superkondensator - maraqlı bir əlamətdir. O adi litium-ionlu batareyalardan bir neçə dəfə daha yüngül və yığcamdır. Bütün hibrid qurğu 34 kq gəlir. Ümumilikdə isə Sian-ın çəkisi 1,5 tondur. Böyük V12 mühərrikini nəzərə alsaq bu o qədər də pis deyil.

Hərəkət hissəsi və transmissiya AventadorSVJ-dən götürülüb. Burada eyni push-rod kostruksiyası, adaptiv amortizatorlar və qabaq Haldex muftası olan tam ötürücü yerləşdirilib. Dizaynı isə yaradıcılar donordan maksimal dərəcədə fərqləndirməyə çalışıblar. Avtomobil üçşüalı LED-işıqları olan orijinal optika, yeni ban paneli və asma əldə edib. Arxada təzyiq gücünü dəyişən hərəkətli palçıqqoruyucu yerləşib.

Salon tuneldə sensorlu paneli olan rəqəmsal qurğularla doldurulub. Bəzək üçün PoltronaFrau dərisi və karbondan istifadə olunub. Lakin, sifarişçilər öz variantlarını seçə bilərlər. Bu zaman LamborghiniCentroStile mütəxəssisləri onlara kömək edəcək. Düzdür, Sian sahibləri çox olmayacaq. Modelin tirajı 63 avtomobillə məhdudlaşacaq. Bu da şirkətin ad günü ilə bağlıdır. Artıq bütün avtomobillər əvvəlcədən sifarişlə satılıb.