Təkmilləşdirmə bütün versiyalarda baş verdi – kupe, kabriolet və beşqapılı Sportback. Onların hamısı arı şanısı formasında böyüdülmüş radiator barmaqlığı alıblar. Qabaq və arxa bamperlər retuş edilib. Optika da bir qədər dəyişilib. Əsas məsələ ondadır ki, artıq standart komplektasiyada belə qabaq faralar diodlar alıb. Ən təkmil versiya isə lazer uzaq işıqları alacaq.

Salon da zənginləşdirilib. Artıq 12,3-düymlük cihazlar paneli artıq standart aksesuardır. Konsolun mərkəzində indi 10,1-düymlük ekranı olan MMI multimedia sistemi dayanır. Artıq menyunun dəyişdirilməsi üçün şayba yoxdur. Onun əvəzində xırda əşyaları qoymaq üçün yer düzəldilib. Bu qurğunu səslə və ya sersorla idarə etmək olar.
Bundan əlavə, A5-in multimediyası onlayn yenilənəcək. Bort kompüteri küçədəki obyektlərlə, məsələn işıqforlarla informasiya mübadiləsi edə biləcək. O, optimal sürət barədə məlumat vercək ki, şəhər içində rahat hərəkət etmək mümkün olsun. Car-to-X sistemi gələcəkdən xəbər verdi. Hələlik bu sistem yalnlz İnqolştadtda işləyəcək.
Mühərrik qamması demək olar ki, islahatlara uğramayıb. Artıq A5-də 150-güclü 2.0 TDI yoxdur. İndi dizel yanacağı ilə işləyən mühərrik (3.0 V6 TDI) 163-dən 231 a.g.-dək , benzin 2.0 TFSI isə 190-dan 245 a.g.-dək gücə sahib olacaq. Bununla belə, bütün mühərriklər starter-gnerator formasında yumşaq hibrid alacaqlar.
Daha bir itki mexaniki sürətlər qutusudur. Audi A5 ailəsi tam avtomat sürətlər qutusuna keçdi. Dörd silindrli versiyalar 7-pilləli robot S tronic ilə təchiz edilib. Altı silindrli mühərriklər isə 8-pilləli avtomat sürətlər qutusu alıb. Modellər, həmçinin qabaq və arxa ötürücülü olacaqlar. Sonuncuda arxa ox mufta ilə qoşulacaq.
Audi S5 də diqqətdən kənar qalmayıb. Bu versiyalar Avropa bazarı üçün həm kupe, həm kabriolet, həm də sportbək banlarda təklif ediləcək. Mühərrik 354 a.g.-ə malik 3.0 V6 benzindir. Kabrioletdən başqa bütün versiyalar 347 a.g. verən 3.0 V6 TDI, elektrik yükləyici və starter - generator ilə təchiz ediləcək. S-versiyanın ötürücüsü isə tam olacaq.
Restaylinq edilmiş A5-lər payız fəslindən satışa çıxarılacaq. Satışa Avropada start veriləcək.