İlk hiperkar Lotus Evija
Lotus şirkəti 11 ildən sonra ilk yeniliyinin sirrini açdı. Lotus Evija Britaniya markasının tarixində təkcə ilk güclü sportkar deyil, həm də tam elektrikli avtomobildir. Bundan əlavə, şirkət Evija-nı dünyada ümumi istifadə üçün nəzərdə tutulan yol üçün istehsal edilmiş ən güclü seriyalı avtomobil adlandırır. Kupe 4 elektrik mühərriki ilə təchiz edilib. Hər təkər üçün bir mühərrik. Onlar ümumilikdə 2000 a.g. və 1700 Nm fırlanma anı verir. Dəqiq dinamik xarakteristika barədə hələlik məlumat verilmir: hiperkar hələ ki, tam testdən çıxmayıb.














