Volkswagen T-Roc-un damını ləğv etdi

Yeni Сabriolet standart krossover T-Roc-un bazasında yığılıb. Lakin damın olmaması səbəbindən avtomobili ciddi şəkildə təkmilləşdirmək lazım gəldi. Məsələn, Volkswagen T-Roc Cabriolet alt hissə və qapılar üçün güclü konstruksuta aldı, həmçinin ölçüləri bir qədər böyüdü.

50 40215.08.2019 11:30
Volkswagen T-Roc-un damını ləğv etdi

Təkər bazası donora nisbətən 37 mm böyüdü, avtomobilin ümumi uzunluğu isə 34 mm artaraq 4268 mm təşkil etdi. Bununla belə, adi T-Roc-dan fərqli olaraq damsız versiya bir qədər alçaq alınıb.

Bundan əlavə, daha yaxşı effekt əldə etmək üçün yeni T-Roc-un damı 9 saniyəyə yığılıb-açılır. Volkswagen mühəndisləri bunun üçün baqajın həcmini bir qədər azaltmalı olublar. Standart krossoverdən fərqli olaraq yeniliyin baqaj tutumu 161 litr azalaraq 284 litr təşkil etdi.

Yeni T-Roc Сabriolet-in mühərrik qammasına yalnız benzin güc qurğuları daxil ediləcək.

Bunlara 115 a.g. verən 1-litrlik və 150 a.g. verən 1,5-litrlik mühərriklər daxildir. Hər iki mühərrik 6-pilləli mexaniki sürətlər qutusu ilə birgə çalışır. Ən güclü versiya isə 7-pilləli robot sürətlər qutusu (DSG) ilə təklif ediləcək.

Yeni modifikasiyanın qiyməti barədə hələlik məlumat verilmir. Model sentyabr ayında Frankfurt avtosalonunda debüt edəcək.