Honda hetçbək Civic-i təkmilləşdirib

Model sedan və kupenin təkmilləşdirilməsindən 1 il sonra modernləşdirildi. O da eyni təkmilləşdirməni aldı. Radiator barmaqlığı daha gözəl alındı, bamperlər üzərində isə fərqli aksentlər peyda oldu. Faralar indi gümüşü deyil, qara rəngdə haşiyəyə alınıblar. Honda-nın ən güclü versiyalarında optika fərqli diod işıqlarla təchiz edilir.

39 53628.08.2019 11:30
Honda hetçbək Civic-i təkmilləşdirib

Yeni ekran almış multimedia da təkmilləşdirilib. Ona smartfonlar və qadcetlərlə “əməkdaşlıq” funksiyası daxil edilib. Bundan əlavə, mühəndislər problemli yerlərin səs izolyasiyası üzərində də işləyiblər – mühərrik hissəsi, təkər arkaları və baqajın altı.

Güc qurğusu qamması da eynidir. 1,5-litrlik, 186 a.g.-ə malik benzin mühərrik. Sürətlər qutusu variator və 6-pilləli mexanikidir.