Audi şirkəti ABŞ-ın San-Fransisko şəhərində özünün seriyalı tam elektrikli krossoveri e-Tron-u təqdim edib. Yolsuzluq avtomobilinin qiyməti 74800 dollardan başlayır.
Mercedes-Benz şirkəti tam yeni kompakt miniven B-Class-ı təqdim edib. O, dekabrın 3-də satışa çıxarılacaq. Paris avtoşousunda təqdim edilən yeni nəsil Mercedes-Benz B-Class BMW 2 Series Active/Gran Tourer ilə rəqabət aparmalıdır. Avtomobil sələfinə nisbətən daha böyük və dinamik dizayn alıb və alman mütəxəssislərin fikrincə, minivenlər arasında seçilir.
Hyundai şirkəti ABŞ-ın Yuta ştatında xüsusi olaraq mətbuat üçün təşkil edilmiş tədbirdə yeni Elantra-nı nümayiş etdirib. Model yeni xarici görünüş alıb və məxsusi olaraq Şimali Amerika bazarı üçün istehsal edilib.
Volkswagen şirkəti öz yeni krossoveri T-Cross-un rəsmi təqdimatını keçirib. Təqdimat eyni zamanda üç şəhərdə olub – Amsterdam, Şanxay və San Paoloda. Yeni krossover T-Cross-un tizer kampaniyası nəhayət başa çatdı və Volkswagen rəsmi surətdə hələlik ən kiçik yolsuzluq avtomobilinin üzərindən örtükləri götürdü.
Skoda şirkəti öz konseptini - Vision RS-i təqdimatdan əvvəl onlayn nümayiş etdirib. Kompakt hetçbəkdə RS sıralamasında bütün gələcək modellərin dizaynı görünür.
BMW şirkəti Pebbl-Biçdə keçirilən müsabiqədə rodster Z4-ün ilk seriyalı nümunəsini təqdim edib. O, M40i First Edition modeli formasında nümayiş etdirilib və eksklüziv narıncı rəngə boyadılıb. Model BMW tərəfindən bir il əvvəl elə bu festivalda təqdim edilmiş konsept əsasında yığılıb.
Audi şirkəti son illərin qeyri-adi konseptlərindən birinin sirrini açıb. Elektrikli superkar PB18 e-tron 100 km/saatı Bugatti Chiron-dan tez yığır və sürücünü həm kənarda, həm də ortada yerləşdirə bilər.
Porsche şirkəti nəhayət xüsusi layihəsini - Project Gold təqdim edib. O, markanın 70 illik yubileyi münasibətilə 911 Turbo Classic əsasında yaradılıb.
Yaponiyanın Honda şirkəti sportkar NSX-in 2019-cu il modelini təqdim edib. Təkmilləşdirilmiş versiya məhsuldarlığın artırılmasına yönəlmiş bir sıra yeniliklər alıb. NSX daha böyük qabaq və arxa sabitləşdiricilər alıb, arxa təkər toplarının və əsas dartqıların sərtliyi artırılıb.
Bir sıra işarələrdən, tizerlərdən və casus fotolarından sonra BMW şirkəti nəhayət özünün tam elektrikli krossoverinin - Vision iNext-in konseptini təqdim etdi.
Dünyanın ən sürətli və eksklüziv kabrioletlərini diqqətinizə təqdim edirik. Adətən kabrioletlər isti yay günlərində sakit və rahat hərəkətləri ilə yadda qalırlar. Lakin kabrioletlərin hamısı sakit hərəkət üçün deyilmiş. Bir çox modellər var ki, onlar sizə sportkar keyfiyyəti verə bilirlər, onlardan bəziləri hətta çox sürətlidir.
Brabus atelyesi təkmilləşdirilmiş yolsuzluq avtomobili Mercedes-Benz G500-ü təqdim edib. Alman tünerlərin bu versiyasının xarici görünüşü dəyişib və mühərriki daha güclü olub. Xarici görünüşdən bu versiya karbon asma alıb ki, ona hava çıxıntıları olan yeni kapot daxildir. Sonuncu təkcə estetik rol oynamır, həmçinin mühərriki daha yaxşı soyudur. Yolsuzluq avtomobilinin tavanında 12 diodlu bir cüt lüstr peyda olub.
Amerikanın tüninq atelyesi Hennessey on mininci istehsalını qeyd etmək üçün yubiley versiyası Ford Mustang Heritage Edition-ı təqdim edib. Ford GT Heritage Edition-ın şərəfinə istehsal edilmiş klassik ağ xətləri olan qırmızı rəngli bu modeldən cəmi 19 ədəd olacaq.
Son illər nəhəng avtomobil istehsalçıları gəlir əldə etmək məqsədilə səmərəliliyi artırmağın yollarını axtarırlar. Məsələn, Nissan Şimali Amerikada model sırasını 20 faiz azaltmağı, Ford isə Avropa və Cənubi Amerika bazarları üçün böyük dəyişikliklər etməyi planlaşdırır. Belə görünür ki, böyük istehsalat və yüksək rentabellik heç də həmişə bir-birini tamamlamır.
Rəsmi surətdə bazara çıxışından sonra Audi SQ5 bir sıra müsbət rəylər alıb. Bununla da o, öz seqmentində yaxşı müasir krossover adı aldı. Ona baxdıqda bu ada şübhə ilə yanaşmaq mümkün deyil. Bu yolsuzluq avtomobili çox cəld, texnoloji cəhətdən qabaqcıl və dözümlüdür. Xarici görünüş də çox cəlbedicidir. Audi SQ5 yeni asılqan dəsti üçün əla namizəddir.