BMW yeni krossoverinin konseptini təqdim edib

BMW yeni krossoverinin konseptini təqdim edib

28 avqust 2018, 10:2564 321

Bir sıra işarələrdən, tizerlərdən və casus fotolarından sonra BMW şirkəti nəhayət özünün tam elektrikli krossoverinin - Vision iNext-in konseptini təqdim etdi.

Konsept şüşə dam və hərəkət istiqamətinə tərəf açılan arxa qapılar alıb. Yeni BMW böyük, lakin tanınan üslubda hazırlanıb. Qabaq faralar və arxa fənərlər indi tərs dayanıb – ensiz diod işıqlı xətlər kimi.

Göründüyü kimi, konsept gələcək modelin yalnız xarici görünüşünü təqdim edir və çətin ki, 2021-ci ildə buraxılacaq seriyalı versiya futuristik Vision iNext-ə bənzəsin.

Texniki hissələrə gəldikdə, BMW ətraflı məlumat verməyib. Yalnız məlumdur ki, krossover tam dolu akkumulyatorla 700 km məsafə qət edəcək, həmçinin avtonom idarəetmə sistemi alacaq.

Daha çox oxuyun