Hennessey-dən Ford Mustang Heritage Edition

Amerikanın tüninq atelyesi Hennessey on mininci istehsalını qeyd etmək üçün yubiley versiyası Ford Mustang Heritage Edition-ı təqdim edib. Ford GT Heritage Edition-ın şərəfinə istehsal edilmiş klassik ağ xətləri olan qırmızı rəngli bu modeldən cəmi 19 ədəd olacaq.

49 40912.08.2018 10:15
Hennessey-dən Ford Mustang Heritage Edition

Atelyenin digər işlərindən fərqli olaraq, Mustang Heritage Edition bütün dünyaya çatdırılacaq. Avtomobilin qiyməti 89950 dollardır və ona 3 il və ya 58000 km zəmanət verilir.

Yeni rəngdən əlavə, Mustang karbon lifindən olan yeni banı ilə lovğalana bilər: yeni qabaq və arxa spoylerlər, yan ətəklər. Avtomobilin salonunda Hennesey-dən boyunaltılar və üzərində seriya nömrəsi olan emblem olacaq.

5,0-litrlik V8  də diqqətdən kənar qalmayıb: Hennessey ustaları təkmilləşdirilmiş yanacaq forsunkaları, yanacaq nasosu, hava-su tipli interkuler və 3,0-litrlik yükləyici quraşdırıblar. Mustang, həmçinin paslanmayan poladdan qaz buraxma sistemi, aşağı salınmış asılqan, təkmilləşdirilmiş Brembo əyləcləri, 20-düymlük təkər diskləri, Michelin Pilot Sport Cup2 şinləri alıb. Nəticədə Hennesey ustaları Ford Mustang-ın gücünü 808 a.g. və 918 Nm-dək artıra biliblər. İndi yerindən ilk yüzlüyə avtomobil 3,3 saniyəyə sürətlənir, maksimal sürət isə 322 km/saatdır.