Audi yeni RS7 Sportback-in sirrini açdı

Liftbekin xarici görünüşü – idman üslubuna düzəliş ilə - müasir qohumlarının üslubunda dəyişib. Təkər arkaları şişirdilib, yalançı barmaqlıqlar avtomobilin demək olar ki, bütün qabaq hissəsini tutub. Audi-nin güzgüləri gümüşü rəngə boyanıb. Arxa hissədə 100 km/saat sürətdən sonra aktiv olunan və əyilmə zamanı sıxma gücünü dəyişməyə kömək edən geri çəkilə bilən spoyler meydana gəlib.

63 36919.09.2019 09:00
Audi yeni RS7 Sportback-in sirrini açdı

Texniki cəhətdən RS7 Sportback universal RS 6 Avant-a yaxındır. Burada da 600 a.g. və 800 Nm fırlanma anı verən, benzinlə işləyən 4.0 TFSI bi-turbo yerləşib. Bu əvvəlki modeldən 40 a.g. və 100 Nm çoxdur. “Yumşaq hibrid”-lərə olan dəb liftbekə də təsir edib. Burada DYM ilə birgə 48 voltluq şəbəkədən enerji alan starter-generator işləyir.

Elektrik əlavə təkcə Start/Stop sisteminin işinə cavabdeh deyil, həmçinin sürət yığma zamanı da kömək edir. RS 7 ilk yüzü 3,6 saniyəyə yığır. Maksimal sürət – 250 km/saatdır. Dynamic paketi aldıqda elektronikanın 280 yığmaq imkanı var, Dynamic Plus bu limiti 305-ə çatdırır.

Sürəti dəyişməyə səkkiz diapazonlu ASQ cavabdehdir. Ötürücü – daimi tamdır. Standart vəziyyətdə sıxma gücünün 60 faizi arxa oxa verilib. Seçilən rejimdən asılı olaraq arxa hissə 85 faizə qədər, qabaq ox isə - 70 faiz fırlanma anı verir. RS1 və RS2 –  iki ekstremal gediş daxil olmaqla 6 gediş rejimi var. Launç-kontrol mövcuddur.

Standart təchizat virtual cihaz, idman oturacaqlar və kəsilmiş halqası olan sükan nəzərdə tutur. Bundan əlavə, RS 7 alıcılarına ilk dəfə dörd-və ya beş sərnişinlik salon seçimi verilib. Əlavə seçimlər arasında keramik əyləclər, aktiv arxa diferensial və s. mövcuddur. Yeniliyin Avropada satışları ilin axırında başlayır.