Mansory-dən Ferrari 812 Superfast Stallone
Mansory-nin əməkdaşlarının Cenevrədə keçirilən avtomobil sərgisində Ferrari 812 Superfast-ı artıq nümayiş etdirdiklərinə baxmayaraq, o vaxt elə də çox adam bu modelə diqqət yetirməmişdi. Sərginin ziyarətçiləri, elə Mansory-nin öz mütəxəssisləri də şirkətin digər malları ilə, məsələn təkmilləşdirilmiş Bugatti Chiron ilə məşğul idilər. Lakin 812 Superfast diqqətə layiq nümunədir. O, alman atelyesində klassik modifikasiya dəsti alıb: banı, salonu və mühərriki tüninq olunub.














