Carlex Design atelyesindən Mercedes X-Class
Carlex Design atelyesi pikap Mercedes-Benz X-Class-ın möhtəşəm modifikasiyasını təqdim edib. O, Yachting Edition adı alıb. Şirkətin mütəxəssisləri modelin xüsusi versiyasına karbon bodi-kit quraşdırıblar. Ona 15 müxtəlif komponent daxildir, o cümlədən qabaq və arxa bamperlər, kapot üzərində xüsusi əlavə, təkər arkaları, spoyler və arxa fənərlərin çərçivəsi.