Kia şirkəti gələcək nəsil Picanto modeli barədə təsəvvür yaradan ilk tizerləri nəşr edib. Yeniliyin təqdimatı 2017-ci ilin əvvəllərində keçiriləcək.
Mansory tüninq atelyesi Mercedes-Benz G-Class üçün yeni təkmilləşdirmə proqramı təqdim edib. Yolsuzluq avtomobili yeni asma ilə təchiz edilib, daha enli olub, 840-güclü V8 mühərriki alıb.
Audi şirkəti 2017-ci il yanvarın 9-da Detroytdə keçiriləcək avtosalonda yeni crossover Q8 təqdim edəcək. Welt jurnalı Audi-nin baş dizayneri Mark Lixte ilə müsahibəni dərc edərkən avtomobilin ilk görüntüsünü də səhifədə yerləşdirib.
Əfsanəvi alman yolsuzluq avtomobilinin Timati, Arnold Şvartseneqer, Roma Papası, Tina Törner, Mixail Jvanetskiy, Maykl Duqlas və Bred Pit kimi məşhur sahibləri var.
Mercedes-Benz şirkəti yeni nəsil kupe E-Class-ın sirrini açıb. Modelin debütü yanvarın 17-də Detroytdə keçiriləcək avtosalonda olacaq. Avtomobil Avropa bazarlarında 2017-ci ilin yayında peyda olacaq. Bu barədə şirkətin mətbuat xidməti məlumat verib.
Ferrari şirkəti Yaponiyadakı 50 illik fəaliyyəti münasibətilə superkar J50 təqdim edib. On ədəd tirajla buraxılacaq yenilik 690-güclü mühərrik və markanın ötən illərinə məxsus üslub cizgiləri alıb.
Almaniyanın tüninq-atelyesi Carlsson sedan Mercedes-AMG C63 S üçün təkmilləşdirmə proqramı təqdim edib. Bunun sayəsində dördqapılı daha güclü və cəld alınıb. Avtomobilin maksimal sürəti 330 km/saatdır.
Almaniyanın Carlsson atelyesi Dispyros tüninq proqramı hazırlayıb. Proqram ekzotik ağac işləmələrindən, mentol çalarlı bandan, texniki apqreyddən və heyrətləndirici qiymətdən ibarətdir.
Dodge şirkəti Challenger-in tam ötürücü sistemə malik yeni versiyasını təqdim etdi. Adına GT indeksi əlavə olunan maslkarın qiyməti 34490 dollardır.
Opel şirkəti ikinci nəsil Insignia-nın sirrini açdı. Avtomobil hetçbek banında və Insignia Grand Sport adı ilə təqdim edildi. O, 2017-ci ilin martında Cenevrədəki avtosalonda ictimaiyyətə təqdim ediləcək. Hetçbek gələn ilin yay aylarında Avropada satışa çıxarılacaq.
Oktyabrın sonlarında İspaniya avtomobil istehsalçısı Seat Leon-un təkmilləşdirilmiş ailəsini təqdim etdi.
Flaqman kupesi üçün asmalar bir çox tüninq-atelyenin assortimentində var. Nəhayət, Prior Design da bu sıraya qoşuldu. Atelyenin dizaynerləri ikiqapılı üçün enli ban asması hazırlayıblar.
BMW şirkəti 5-Series-in yeni nəsli üçün M Performance aksessuarları hazırlayıb. Avtomobillər gələn ildən satışa çıxarılacaq.
Subaru şirkəti Viziv-7 adlı yeddi yerlik krossoverin konseptini təqdim edib. Prototip Los-Anceles avtosalonunda təqdim edilib və Yaponiya brendinin ən böyük avtomobilidir.
Jaguar şirkəti brendin tarixində ilk olan elektriklə çalışan “I-Pace” krossoverini təqdim edib. Prototipin rəsmi təqdimatı Los-Anceles avtosalonunda keçirilib.