M Performance versiyasında BMW 5-Series

BMW şirkəti 5-Series-in yeni nəsli üçün M Performance aksessuarları hazırlayıb. Avtomobillər gələn ildən satışa çıxarılacaq.

31 37406.12.2016 16:52
M Performance versiyasında BMW 5-Series

Model karbon lifindən hazırlanmış palçıq qoruyucusu, splitter və spoyler alıb. Avtomobili, həmçinin qara radiator barmaqlığı, 20-düymlük təkər diskləri və fərqli bamperlərlə təchiz ediblər. 540i modifikasiyası üçün mühərriki 360 a.g.-ə qədər gücləndiriblər. Bundan əlavə, dizel versiyası 530d-nin də gücü artırılıb. İndi bu modifikasiya 290 a.g.-ə malikdir.

BMW yeni nəsil 5-Series-i bu ilin oktyabr ayında G30 indeksi ilə təqdim etmişdi. Beşlik jestləri və məsafədən parketməni anlamağa başlayıb, sələfindən böyük, lakin yüngül olub, yeni mühərriklər alıb, BMW-nin tarixində aerodinamikası daha yaxşı model olub və bu göstərici ilə superkar i8-i üstələyib.