Aston Martin Vantage xüsusi versiya əldə etdi
Aston Martin V8 Vantage və V12 Vantage superkarları istehsalçının Formula-1 Red Bull Racing komandası ilə əməkdaşlığına həsr olunan xüsusi versiyalarını əldə etdilər. Modellər Q bölməsi tərəfindən hazırlanıb. Xüsusi versiyalar Red Bull Racing bolidlərinin rəng qamması ilə oxşar, qırmızı aksentləri olan tünd-göy xüsusi ban rəngi əldə ediblər, lakin müştərilər həmçinin gümüşü və mavi çalarda avtomobil sifariş edə bilərlər.














