Mercedes yeni E63 AMG-ni təqdim etdi
Alman brendinin mətbuat xidmətinin verdiyi məlumata görə, yeni “E63” və “E63 S” “E-Class”-ın tarixində ən güclü versiyaları oldu. Birinci model 4,0 litrlik V8 benzin mühərriki ilə komplektləşdirilir. Mühərrikin gücü 563 a.g. və 750 Nm fırlanma anı təşkil edir. Avtomobil 100 km/saata 3,4 saniyəyə sürət yığa bilir.