BMW şirkəti yeni nəsil universal 5-Series təqdim edib. Avtomobil mart ayında Cenevrədə keçiriləcək avtosalonda debüt edəcək. Modelin əsas rəqibləri Mercedes-Benz E-Class Estate və Audi A6 Avant-dır.
Ford şirkəti yeni superkar GT-nin seriyalı versiyasının texniki xarakteristikasının sirrini açıb. Avtomobil 3,5-litrlik benzin V6 mühərriki alıb. O, 647 a.g. və 745 Nm fırlanma anına malikdir.
Rolls-Royce şirkəti Phantom VII-nin istehsalını dayandırmadan əvvəl adı çəkilməyən müştərinin sifarişini yerinə yetirib. Bu barədə şirkətdən məlumat verilib. Modelin VII nəslinin son nümunəsi olan avtomobilin işlənilməsində sifarişçinin fərdi istəkləri nəzərə alınıb. Xüsusən də daxili elementlərin hamısı möhtəşəm ocean laynerinin interyerini xatırladır.
Aston Martin şirkəti ötən il Los-Anceles avtosalonunda nümayiş olunan 603-güclü superkar Vanquish S-in üstü açılan modifikasiyasını təqdim etdirib. Yeniliyin adında ənənəvi Volante əlavəsi peyda olub və damı açılandır.
Ford şirkəti təkmilləşdirilmiş kabriolet Mustang təqdim edib. Təkmilləşdirilmiş kupe kimi, kabrioleti də tam rəqəmsal cihazlar paneli və 10-pilləli avtomatik sürət qutusu ilə təchiz ediblər.
Alfa Romeo yeni krossover Stelvio-nun sirrini açdı. Avtomobil First Edition bazasında yığılıb. Bir qədər əvvəl bu avtomobil yalnız Quadrifoglio idman variantında (510 a.g.) təqdim edilmişdi.
Hyundai şirkəti cari ilin fevralında Çikaqo keçiriləcək avtosalonda yeni avtomobil təqdim edəcək. Bu barədə Car and Driver nəşriyyatının amerikan bölməsinin istehsalat planlaşdırması üzrə vitse-prezidenti Mayk O`Brayn məlumat verib. O, hələlik yeni avtomobil barədə ətraflı məlumat verməyib.
BMW şirkəti 4-Series-in təkmilləşdirilmiş ailəsinin sirrini açdı: kupe, kabriolet və M4 idman versiyası. Alman şirkətinin mətbuat xidmətinin məlumatına görə, yeniliklərin debütü 2017-ci ilin mart ayında Cenevrə avtosalonunda keçiriləcək. Avtomobillər 2017-ci ilin aprelində Avropada satışa çıxarılacaq.
Audi şirkəti yeni konseptual krossover Q8-in sirrini açıb. Avtomobil Detroyt avtosalonunda debüt edəcək. Audi-nin mətbuat xidmətinin verdiyi məlumata görə, yenilik gələn il seriyalı versiya alacaq, 2019-cu ildə isə satışa çıxarılacaq.
Lexus Detroyt motor-şousunda yeni nəsil sedan LS təqdim edib. Yenilik 90 ölkənin bazarında satışa çıxarılacaq. Sələfi ilə müqayisədə LS daha böyük alınıb, yeni mühərriklər və opsiyalara malik olub.
Toyota şirkəti Detroytdakı beynəlxalq avtosalonda yeni nəsil sedan Camry-nin amerikan versiyasını təqdim edib. Yeni Camry-nin xarici görünüşü sedan Carolla-nın ölçüləri böyüdülmüş surəti olmadı: avtomobil orijinal görünüşə malikdir, aqressivdir, xarici bəzəklər arasında hətta idman notlarını da görmək olar. Əvvəllər bu, Toyota sedanlarında müşahidə olunmurdu.
Mercedes-Benz şirkəti krossover GLA-in restaylinq olunmuş versiyasını təqdim edib. Avtomobilin satışı 2017-ci ilin yayında başlayacaq, qiymətlər isə bir qədər sonra məlum olacaq.
Kia şirkəti Stinger GT adlı yeni liftbək təqdim edib. Avtomobil Detroyt avtosalonunda debüt edəcək.
GMC şirkəti kompakt krossover Acadia-nın yeni nəslini təqdim edib. Yeniliyin debütü Detroyt avtosalonunda keçiriləcək.
Avtomobil proyeksiyalı displey və güzgülərin əvəzinə kameralarla təchiz edilib. Onları sensorlu idarəetmə ilə tənzimləmək olar. Prototip iki elektrik mühərriki ilə hərəkət edir.