Avtomobil sənayesində geri çağırışlar
Avtomobil sənayesində baş verən hadisələrlə maraqlananlar böyük avtomobil istehsalçılarının təşkil etdiyi “geri çağırış” və ya “Xüsusi Servis Kampaniyası”adlı bir termindən, yəqin ki, xəbərdardılar. Avtobiznes sahəsində bir o qədər də fəal olmayan insanlar da bu fenomen haqqında eşitməmiş olmazlar. Beləliklə,“geri çağırış” nədir və bu prosedurun məğzi nədən ibarətdir?














