Subaru-dan böyük krossover

Subaru şirkəti Nyu-York avtoşousunda adını Ascent-ə dəyişmiş konsept Viziv-7-nin təkmilləşdirilmiş versiyasını təqdim edib. Həmçinin 7-yerlik krossoverin seriyalı variantına da ad qoyulacaq.

74 87819.04.2017 10:00
Subaru-dan böyük krossover

Seriyaya yaxınlaşan prototip müəyyən qədər futuristik optikası və fərqli asması, habelə yeni yan ətəklər və təkər diskləri ilə seçilir. Bundan əlavə, Subaru konseptual krossoverin interyerini də (Viziv-7-nin salonu nümayiş oilunmayıb) göstərib. Burada əsas məqamlar tam rəqəmsal cihazlar paneli, şüşəqaldırıcılarının sensorlu idarəetmə paneli, sensorlu düymələri olan 3-milli sükan daxildir.

Daha bir maraqlı detal – qabaq paneldə böyük taçskrin. Bu, multimedia kompleksinin displeyini klimat sistemini idarə edən blokla birləşdirir. İnteryer iki rəngdə dəri ilə işlənilib.

Məlumdur ki, yeni krossover ABŞ-ın Lafayett şəhərindəki zavodda buraxılacaq.