Təkmilləşdirilmiş Mercedes-AMG C43 4Matic
Cenevrə-2018 avtosalonu ərəfəsində Almaniyanın Mercedes-Benz markası sedan və universal banında təkmilləşdirilmiş C-Class — Mercedes-AMG C43 4Matic 2019-u rəsmi olaraq təqdim edib. Yeni avtomobil daha güclüdür və yerindən 100 km/saata 4,7 saniyəyə sürətlənir.














