Cənubi Koreyanın KIA Motors Corporation şirkəti rəsmi olaraq idman hetçbeki KIA Rio GT-Line təqdim edib. Modernləşdirilmiş avtomobil Cenevrə-2018 avtosalonunda debüt edəcək və cari ilin yazında satışa çıxarılacaq.
Hyundai şirkəti krossover yeni nəsil Santa Fe-nin bir neçə tizerini dərc edib. Onlara əsasən demək olar ki, avtomobilin dizaynı öz sələfindən çox fərqlənir. Avtomobil yeni radiator barmaqlığı, idmansayağı bamperlər, böyük təkərlər, ikiqat qabaq optika alıb.
Koreyanın KIA Motors Corporation şirkəti 2018-ci model ilinə məxsus KIA K5-I rəsmi olaraq təqdim edib. Dünyanın bir çox ölkəsində bu model KIA Optima kimi tanınır.
Cənubi Koreyanın Kia Motors Corporation şirkəti rəsmi elandan və bir sıra dərc edilmiş təsvirlərdən sonra rəsmi surətdə yeni nəsil kompakt sedan KIA Forte-nin sirrini açıb. Həmçinin KIA Cerato və KIA K3 adı ilə məşhur olan avtomobil Şimali Amerikada keçirilən beynəlxalq Detroyt-2018 avtosalonu çərçivəsində debüt edib.
Detroyt-2018 beynəlxalq motor-şousunda konseptual yolsuzluq avtomobili Lexus LF-1 Limitless Concept debüt etdi. Yenilik dünyaya premial brendin gələcək dizaynının istiqamətini, həmçinin müasir texnologiyanın yeni mərhələsini nümayiş etdirir.
Yaponiyanın Toyota Motor Corporation şirkəti Detroyt-2018 avtosalonunda yeni nəsil sedan Toyota Avalonun sirrini açıb. TNGA (Toyota New Global Architecture) platformasında yığılan böyük və komfortlu avtomobil cari ilin yaz mövsümünün sonunda satışa çıxarılacaq.
Almaniyanın Mercedes-Benz şirkəti Detroytda yeni Mercedes-AMG 53-Series modelləri təqdim edib. Bu sıralamada CLS, E-Class Coupe və E-Class Cabriolet avtomobilləri təklif ediləcək. Bundan əlavə, qarşımızda ilk elektrikləşdirilmiş AMG modelləri dayanıb.
Sirr deyil ki, yolsuzluq avtomobili Mercedes-Benz G-Class zamanın sınağından keçib və Almaniyanın premial brendinin gözüdür. Bu fenomenal uğura əsaslanaraq şirkət tam yeni modeli rəsmi surətdə təqdim edib.
Məşhur avtomobil atelyesi Lumma Design özünün son modernləşdirmə proqramını təqdim edib. O, Britaniyanın yolsuzluq avtomobili Range Rover Velar üçün nəzərdə tutulub. Avtomobil yeni aerodinamik asma alıb və daha cəlbedici görünür.
Detroy-2018 Beynəlxalq avtosalonu çərçivəsində Almaniyanın Volkswagen şirkəti rəsmi surətdə yeni kompakt sedan Jetta-nı təqdim etdi. Məşhur avtomobil daha yüksək sinfə aid eksteryer dizaynı və bir çox qabaqcıl texnologiyalar alıb.
Chevrolet-in yeni Silverado-nu təqdim etməsindən bir neçə saat sonra Amerikanın Ford Motor şirkəti 2019-cu model ilinə məxsus pikap Ford Ranger-in sirrini açdı. O, Şimali Amerika bazarında satılacaq.
Yaponiyanın premial Infinity markası Q Inspiration Concept-in eksteryerinin dizaynının sirrini tamamilə açıb. Avtomobil Detroy-2018 avtosalonunda təqdim ediləcək.
Britaniyanın avtomobil istehsalçısı olan Bentley Motors şirkəti möhtəşəm yolsuzluq avtomobili Bentley Bentayga V8 təqdim edib. SUV seqmentinin premial modelinin yeni modifikasiyası 550-güclü benzin mühərrik alıb ki, onun sayəsində avtomobil maksimal 290 km/saat sürətə malikdir.
Yaponiyanın Toyota Motor Corporation şirkəti və onun Toyota Gazoo Racing bölməsi rəsmi surətdə hibrid hiperkar GR Super Sport Concept-in sirrini açıb. Avtomobil 2018-ci ildə Tokyo tüninq-şousu çərçivəsində təqdim ediləcək.
Amerikanın Ford Motor şirkəti 2019-cu model ilinə məxsus təkmilləşdirilmiş krossover Ford Edge-in sirrini rəsmi olaraq açdı. Avtomobil yeni eksteryer dizaynı, sürət qutusu, daha güclü mühərrik və ST idman modifikasiyası alıb. Onun təqdimatı isə bir neçə gün sonra Detroyt-2018 avtosalonunda olacaq.