1300-güclü Techrules Ren RS
Bir sıra elandan sonra Çinin Techrules şirkəti superhibrid kupe Techrules Ren RS-i rəsmi olaraq təqdim etdi. Avtomobil 1300 a.g.-ə malikdir və Cenevrə avtosalonunda debüt edir.
Beləliklə, təqdim edilən Techrules Ren RS – bu, Techrules Ren modelinin bir qədər yüngülləşdirilmiş trek modifikasiyasıdır. Avtomobil dizel-elektrik güc qurğusu və mikroturbin əsaslı generatorlar təchiz edilib.
Çin istehsalçısının sözlərinə görə, Techrules Ren RS modelinin hibrid güc qurğusuna 6 elektrik mühərriki daxildir: ikisi qabaq, ikisi isə arxa oxda. Bununla yanaşı, 28,4 kVt/saat həcmi olan akkumulyatorlar bloku mövcuddur ki, onlar 80-kilovatlıq iki mikroturbindən dolurlar.
Diqqət, ümumi güc 1305 a.g., fırlanma anı 2340 Nm. Şirkətdən bildiriblər ki, ekstremal yenilik monokok və karbon lifindən ban paneli, o cümlədən yükləməyə tab gətirə bilən asmalar alıb (GT3 avtomobillərində olduğu kimi).
Yeniliyin yanacaq çəni 80 litr dizel tutur. Yanacaqla tam doldurulduqdan sonra avtomobil 1170 km məsafə qət edə bilir. Yerindən 100 km/saata sıçrayış 3 saniyədir. Maksimal sürət 330 km/saatdır.
Çin brendinin nümayəndələri bildiriblər ki, müştərilər Techrules Ren RS avtomobilini yaxın iki ildə əldə edə biləcəklər.




