Brabus tüninqində Mercedes-Benz GLS
Maksimal sürət 250-dən 300 km/saata qədər artırılıb.
Almaniyanın tüninq-atelyesi “Brabus” yolsuzluq avtomobili “Mercedes-AMG GLS”-in gücləndirilmiş versiyasını təqdim edib. Təkmilləşdirmələr sayəsində 5,5-litrlik V8-in gücü 585-dən 850 a.g.-ə qədər artırılıb.
Yenilik “Brabus 850 XL” adlandırılıb. Yolsuzluq avtomobili yerindən 100 km/saata 4,2 saniyəyə sürətlənir. Adi “Mercedes-AMG GLS” bu işə 4,6 saniyə vaxt sərf edir. Maksimal sürət 250-dən 300 km/saata qədər artırılıb.
Bundan əlavə, tünerlər asılqanı yenidən tənzimləyiblər, idmansayağı qaz buraxma sistemi, xüsusi aerodinamik asma, 23-düymlük təkər diskləri quraşdırıblar. İnteryerdə fərqli dekorativ əlavələr, “Brabus” oturacaqları peyda olub. Təkmilləşdirmənin qiyməti isə məlum deyil.




