Satışa Aston Martin Vulcan qoyulub

Mecum Auctions hərrac evi eksklüziv superkar Aston Martin Vulcan-ı yenidən satışa buraxır. Bu ABŞ bazarı üçün nəzərdə tutulan üç avtomobildən biridir. Onun banı isə unikal Midnight Purple rənginə boyanıb.

60 70608.08.2017 10:10
Satışa Aston Martin Vulcan qoyulub

Xatırladaq ki, şirkət əvvəllər bu avtomobili satmağa cəhd edib. Təxminən bir il bundan əvvəl yarış kupesini 2,3 - 3,3 milyon ABŞ dollarına satmaq istəyiblər. Lakin 820-güclü avtomobil alınmayıb.

Hərrac evinin saytının verdiyi məlumata görə, avqustun 16-dan 19-dək keçiriləcək hərracda tarixdəki ən ekstremal Aston Martin üçün bir il əvvəlkindən 600 000 ABŞ dolları az məbləğ istəyəcəklər. Lakin bu yuxarı qiymətə aiddir. Aston Martin Vulcan-ın aşağı qiymətı isə əvvlki kimi qalıb – 2300 000 ABŞ dolları.

Tez xatırladaq ki, Britaniya brendi cəmi 24 yarış kupesi Aston Martin Vulcan hazırlayıb. Bunlardan cəmi üçü ABŞ bazarı üçün nəzərdə tutulub. Superkarın mühərrik bölməsində 800 a.g.-dən cox güc verən V12 mühərriki yerləşib.