Porsche-dan xüsusi Macan Turbo

Almaniyanın premial brendi sayılan Porsche kompakt yolsuzluq avtomobili Macan Turbo-nun yeni versiyasını təqdim edib. Exclusive Performance Edition adlanan avtomobil bir sıra nadir yeniliklər alıb ki, onların sayəsində daha cəlbedici olub.

59 48630.10.2017 10:00
Porsche-dan xüsusi Macan Turbo

Qeyd edək ki, bəzi ölkələrdə şirkət hələ də Porsche Macan Turbo modelini opsional Performance paketi ilə təklif edir. Təqdim edilmiş avtomobil son dərəcə fərqlidir – belə ki, onun üzərində Porsche Exclusive Manufaktur bölməsinin mütəxəssisləri çalışıblar. Bildirilir ki, yeni elementlərin hamısı əl ilə hazırlanır və quraşdırılır.

Xüsusi kompakt kross Porsche Macan Turbo Exclusive Performance Edition-ın arsenalına 21-düymlük 911 Turbo Design təkər diskləri daxildir ki, onlar parlaq qara millərə malikdirlər.

Porsche Macan Turbo Exclusive Performance Edition 440-güclü 3.6 V6 mühərrikinə malikdir (adi versiyadan 40 a.g. çox). Fırlanma anı isə 600 Nm-dir. Yenilik yerindən 100 km/saata cəmi 4,4 saniyəyə sürətlənir. Mühüm faktlardan biri də odur ki, avtomobil 80 km/saatdan 120 km/saata 2,9 saniyəyə sıçraya bilir. Maksimal sürət isə 272 km/saatdır.