McLaren superkar MSO R təqdim edib

Britaniyanın McLaren şirkəti rəsmi surətdə iki eksklüziv superkarın - McLaren MSO R Coupe və McLaren MSO R Spider-in sirrini açdı.

70 13111.10.2017 11:00
McLaren superkar MSO R təqdim edib

McLaren Special Operations bölməsinin mütəxəssisləri tərəfindən 650S modelinin bazasında yığılmış avtomobillər bir müştərinin sifarişi əsasında hazırlanıb.

Kupe və rodster McLaren MSO R Coupe və McLaren MSO R Spider-in xarici görünüşündə, interyerində və texniki təchizatında bir sıra dəyişikliklər edilib. Hər iki avtomobil 3,8-litrlik V8 mühərriki (679 a.g., 700 Nm) ilə təchiz edilib. Xatırladaq ki, superkar McLaren 650S baza variantında 650 a.g. (641) lovğalana bilər.

Bundan əlavə, McLaren MSO R Coupe və McLaren MSO R Spider-in təchizatına titandan hazırlanan təkmilləşdirilmiş qaz buraxma sistemi daxildir. Həmçinin avtomobillərin eksteryeri də dəyişilib: yeni qabaq bamper, kapot, ventilyasiya jalüzləri, damda (kupenin) hava çıxıntıları, yan güzgü korpusları, baqaj qapısı.