Lucid Motors-dan möhtəşəm elektrosedan

Amerika-Çin şirkəti Lucid Motors 1000-güclü elektrokar Air-in yeni prototipini təqdim edib. Bu avtomobilin ilk versiyası 2016-cı ildə təqdim edilmişdir. Avtomobilin təqdimatı Monterey Car Week festivalı çərçivəsində baş tutacaq.

66 65426.08.2017 10:10
Lucid Motors-dan möhtəşəm elektrosedan

Elektrokarın yeni variantı ilk prototipdən gümüşü elementləri olan ikirəngli ban ilə seçilir. Prototip qabaq və arxa oxlar üzərində yerləşən iki elektrik mühərrikinə malikdir. Aqreqatlar ümumilikdə 1000 a.g. verir.

Mühərriklər 100 və ya 130 kVt/saat həcmində akkumulyatorlardan bəhrələnir və bununla da müvafiq olaraq 507 və 643 km məsafə qət edə bilir. Lucid Air 100 km/saata 2,5 saniyəyə sürətlənir, maksimal sürət isə 350 km/saatdır.

Avtomobil əvvəlcə məhdud sayda istehsal ediləcək – cəmi 280 ədəd. Modelin qiyməti 160 min dollardan başlayacaq. Lakin bir qədər sonra gücü bir az və ucuz modifikasiya sayəsində istehsal artırıla bilər. Bu cür elektrokar 52,5 min dollara olacaq.