Brabus-dan ən sürətli kabriolet

Brabus tüninq-atelyesi kabriolet Mercedes-AMG S65-in təkmilləşdirilmiş versiyasını təqdim edib. İstehsalçının dünyada ən sürətli dördyerli avtomobil adlandırdığı yeniliyin təqdimatı sentyabrın ortalarında Frankfurt avtosalonunda keçiriləcək.

45 31101.09.2017 11:00
Brabus-dan ən sürətli kabriolet

Brabus Rocket 900 Cabrio təkmilləşdirilmiş V12 mühərriki ilə təchiz edilib ki, onun iş həcmi 6,0-dan 6,3 litrə qədər artırılıb. Bundan əlavə, mühəndislər silindrlərin diametrini artırıb, yeni buraxılış kollektorları, o cümlədən böyük ölçülü turbo kompressorlar quraşdırıblar.

Bundan əlavə, yenidən proqramlaşdırılmış elektron idarəetmə blokundan və mühərrik üçün təkmilləşdirilmiş soyuducu sistemdən istifadə edilib. Mühərrik təkmilləşdirilmiş 7-pilləli avtomat sürət qutusu ilə birgə çalışır.

Nəticədə aqreqatın gücü 630 a.g. və 1000 Nm fırlanma anından 900 a.g. və 1200 Nm-dək çoxalıb. Bunun üçün elektron məhdudiyyət qoyulub. Kabriolet yerindən 100 km/saata 3,9 saniyəyə sürətlənir (standart avtomobildən 0,2 saniyə daha tez). Maksimal sürət isə 350 km/saatdır. Bununla belə, avtomobilin spidometri 400 km/saatla işarələnib.