Mecum Auctions hərrac evi eksklüziv superkar Aston Martin Vulcan-ı yenidən satışa buraxır. Bu ABŞ bazarı üçün nəzərdə tutulan üç avtomobildən biridir. Onun banı isə unikal Midnight Purple rənginə boyanıb.
Rolls-Royce şirkəti uşaqlar üçün elektrokar hazırlayıb. Bu, məxsusi olaraq Böyük Britaniyanın Çiçester şəhərindəki müqəddəs Riçard xəstəxanasının pediatriya bölməsi üçün istehsal edilib. Uşaqlar bu kiçik avtomobildə xüsusi dəhlizlərdən keçməklə əməliyyat otağına gedə biləcəklər. Bu dəhlizlərdə işıqforlar da quraşdırılıacaq. Müəssisədə hesab edirlər ki, bu, uşaqların əməliyyatdan əvvəl stressə düşməsinin qarşısını alacaq.