Saytda qeydiyyat

Qeydiyyatın üstünlükləri nələrdir, və onu necə keçmək lazımdır; Şəxsi kabinet və profil parametrləri

Qeydiyyat nəyə lazımdır?

Auto.az-da qeydiyyatdan keçməklə elanlarınızı tez və rahat idarə edə bilərsiniz:

– yeni elan yerləşdirildikdə əlaqə məlumatlarınızı (adınızı, elektron poçt ünvanınızı və telefon nömrənizi) hər dəfə daxil etməyə ehtiyac yoxdur, onlar avtomatik olaraq yazılacaq;
– elanlarınızda redaktə etmək (qiyməti, təsviri və fotoşəkilləri dəyişdirmək) bir neçə saniyəlik işə çevrilir.

Elanları axtarmaq daha asan olacaq:

– axtarışlarınızı yadda saxlayın və növbəti dəfə Auto.az-a daxil olanda bir neçə kliklə onları təkrarlayıb, vaxtınıza qənaət edəcəksiniz;
– maraqlı elanları itirməmək üçün onları seçilmiş elanlarınızın siyahısına əlavə edin, onlar satılıb arxiv statusuna keçsə belə, sizin üçün itməyəcəklər.

Abunəliyiniz aktiv olduqda, Auto.az-da yeniliklər barədə və eksklüziv elanlar haqqında ilk siz xəbərdar olacaqsınız.
Əlavə olaraq, Auto.az və onun tərəfdaşları tərəfindən keçirilən aksiyalar və müsabiqələr çərçivəsində hədiyyələr və bonuslar əldə edə biləcəksiniz.

Qeydiyyatdan keçərkən Şəxsi kabinet yaradılır, burada bütün elanlarınız, etdiyiniz ödənişlərin tarixçəsi və təfərrüatları haqqında məlumat saxlanılır.

Müxtəlif cihazlarda Auto.az ilə işləyərkən məlumatların sinxronlaşdırılması üçün saytda və mobil tətbiqdə eyni telefon nömrəsindən istifadə edin.

AUTO.AZ biznes üçün

Dilerlər, avtosalonlar və mağazalar üçün fərdiləşdirilmiş səhifələr satıcılar və alıcılar arasında ünsiyyəti peşəkar səviyyəyə yüksəldir.

AUTO.AZ-da biznes qurmağın üstünlükləri:

1. Asan yadda qalan internet ünvanı;
2. Fərdiləşdirilmiş səhifə, şirkət loqosu, daha çox əlaqə üsulları, ünvan və iş saatları;
3. İstehsalçının rəsmi nümayəndəsisinizsə, rəsmi diler statusu əldə etmək imkanı;
4. Hər bir elanınızın səhifəsində haqqınızda olan daha ətraflı məlumat bloku;
5. Saytda olan dilerlər, salonlar və ya mağazalar bölməsində səhifənizə keçidlər;
6. Sosial şəbəkələrdəki səhifələrimizdə reklamınız;
7. Ödənişli xidmətlərinin bonus tətbiqi;
... Və daha çox, servis daim inkişaf edir!

AUTO.AZ-da biznes qurmaq asandır!
Bizimlə əlaqə saxlayın.

Qeydiyyatdan necə keçmək olar?

Auto.az-da qeydiyyatdan keçmək çox asandır.

Saytın tam versiyasında – yuxarı menyuda Qeydiyyat və ya Kabinet, mobil versiyada və tətbiqlərdə – alt menyuda profil işarəsi və ya sonuncu işarəyə klik edərək açılan pəncərədə.
Qeydiyyatdan keçmək üçün Azərbaycan mobil operatorunun telefon nömrəsi lazımdır.
Qeyd etdiyiniz nömrəyə sms-kod göndəriləcək. Qeydiyyatı tamamlamaq üçün onu daxil edin.

Auto.az-a ilk giriş istifadəçinin Şəxsi kabinetini yaradacaq, bütün sonrakı girişlər birinci girişdə istifadə edilən telefon nömrəsinə bağlanacaq.
Qeydiyyatdan keçdikdən sonra profil parametrlərinizi quraşdırmağı unutmayın.

Müxtəlif cihazlarda Auto.az ilə işləyərkən məlumatların sinxronlaşdırılması üçün saytda və mobil tətbiqdə eyni telefon nömrəsindən istifadə edin.

Şəxsi kabinet

Şəxsi kabinetdə bütün elanlarınızın siyahısı və onların statusu göstərilir: aktiv elan, gözləmədə (yoxlanılır, və ya yerləşdirilmə tamamlanmayıb), arxiv, və ya qəbul olunmamış.
Aktiv elanlarda onların hansı tarixə qədər Auto.az-da olacağı qeyd olunur. Ödənişli xidmətlərdən istifadə edərkən, tətbiq olunan xidmətinin aktivlik müddəti əks etdirilir.

Ödənişlərin tarixçəsi səhifəsində istifadəçi tərəfindən edilən ödənişlərin siyahısı və onların ətraflı məlumatı göstərilir – elanın nömrəsi, xidmətin adı, ödəniş tarixi və məbləği.

Auto.az-da elanları yerləşdirən hər bir istifadəçisinin özünəməxsus internet ünvanı var, və bu ünvan sosial şəbəkələrdə öz elanlarını tanıtmaq üçün paylaşıla bilər.
Ünvan Şəxsi kabinetdə istifadəçinin avatarının yanında göstərilir.

Şəxsi kabineti yaratmaq üçün sadəcə qeydiyyatdan keçmək, və ya daxil olmaq kifayətdir.

Şəxsi hesab

Şəxsi hesab Auto.az saytında və tətbiqlərində ödənişli xidmətləri ödəmək üçün istifadəçinin cüzdanıdır.
Şəxsi kabinet kimi, hesab da mobil telefon nömrəsinə bağlıdır.
Səhifədə göstərilən üsullarla balansınızı artırmaqla, saytın ödənişli xidmətlərin ödənişi xeyli asan və sürətli olur.

Şəxsi hesabdan xidmətlərin ödənilməsi imkanı, istifadəçi kabinetə daxil olubsa göstərilir.
İstifadəçinin balansı Şəxsi kabinetdə, eləcə də saytın tam versiyasında və tətbiqlərdə menyuda göstərilir.

Şəxsi hesab səhifəsində istifadəçi tərəfindən yerinə yetirilən bütün əməliyyatların tarixçəsi və tətbiq olunan xidmətlərin ətraflı təsviri göstərilir.

Profil parametrləri

Şəxsi kabinetinizdə məlumatlarınızı redaktə edə, profil və bildiriş parametrlərini dəyişə bilərsiniz.

Yüklənmiş avatar (profil şəkli) bütün elanlarınızda adınızın yanında görünəcək.
Qeyd etdiyiniz adı və elektron poçt ünvanını hər dəfə yeni elanı yerləşdirərkən daxil etməyəcəksiniz, bununla da vaxta qənaət etmiş olacaqsınız.

Telefon nömrəsini dəyişmək mümkün deyil, çünki istifadəçi kabinetinin yaradılmasında əsas açardır.
Telefon nömrənizi dəyişmək üçün başqa nömrədən istifadə edərək Auto.az-a daxil olmalısınız.

Telefon və email ünvanının təsdiqlənməsi

Elanı yerləşdirəndə, Şəxsi kabinetə daxil olmamısınızsa, telefon nömrənizin təsdiqlənməsi tələb olunur.
Əgər istifadəçi Şəxsi kabinetə daxil olubsa, təkrar təsdiqləməyə ehtiyac yoxdur.

Telefon nömrəsini düzgün daxil etdikdən sonra sizə avtorizasiya üçün kod göndəriləcək.
Telefon nömrənizi təsdiq etmədən Şəxsi kabinetə daxil olmaq, və ya elanı yerləşdirmək, mümkün olmayacaq.

Nəzərə alın ki, telefon nömrəsini və ya göndərdiyimiz sms-kodu yanlış daxil edib üçüncü cəhddən sonra giriş müvəqqəti olaraq bloklanacaq.
Lütfən, diqqətli olun və rəqəmləri daxil edərkən səhv etməyin.
İstifadəçiləri təsdiqləmək və başqalarının nömrələrindən icazəsiz istifadədən qorunmaq üçün zəruridir.

Şəhər və ya qısa nömrələri yalnız dilerlər, salonlar və mağazalar əlavə edə bilər.

Elektron poçt ünvanını profil parametrlərində və ya elan yerləşdirəndə əlavə etmək olar.
Elanın statusu ilə bağlı bütün bildirişlər göstərilən ünvana göndərilir. Ünvan səhv daxil edilərsə, status dəyişiklikləri barədə məlumat əldə edə bilməyəcəksiniz.

Ünvanı təsdiqləmək çətin deyil, qeyd etdikdən sonra sizə məktub göndərəcəyik.
Poçtu yoxlayın və bizdən “Email ünvanının təsdiqlənməsi” başlıqlı məktubu tapın. Poçt ünvanını təsdiqləmək üçün linkdən keçin.
Ünvan dəyişdirildikdə, təsdiqləmə məktubu yenidən göndəriləcək.

İstifadəçi səhifəsi

Auto.az-da qeydiyyatdan keçmiş hər bir istifadəçinin aktual elanlarını göstərən səhifəsi var.
Elanlarınızı tanıtmaq üçün səhifənin ünvanını sosial şəbəkələrdə paylaşmaq rahatdır.

Səhifəniz ilk elanınızı yerləşdirdikdən sonra yaradılacaq.
Elanınız hələ yoxdursa, qeydiyyatdan keçin, və ya daxil olun.

Ünvan Şəxsi kabinetdə istifadəçinin avatarının yanında göstərilir.
Elan səhifəsində adın üzərinə klikləməklə, digər istifadəçilərin səhifələrinə keçə bilərsiniz.

İstifadəçilərin səhifələrində yalnız aktiv olan elanlar göstərilir.
“Yoxlanılır”, “Tamamlanmadı”, “Arxiv” və “Qəbul olunmadı” statuslu elanlar göstərilmir.

Dilerlərin, salonların və mağazaların peşəkar profillərini yaratmaq və idarə etmək üçün bizimlə əlaqə saxlayın.

Seçilmiş elanlar

Bəyəndiyiniz elanları yadda saxlamaq üçün və digər təkliflər arasında onları itirmək istəmirsinizsə, həmin elanları Seçilmişlərə əlavə edin.
Elanlar satılmış/arxiv statusuna keçsə belə, onlar sizin üçün itməyəcəklər.

Elanı Seçilmişlərə həm elanların siyahısı və axtarış nəticələri səhifələrindən, həm də elanın özündən əlavə edə bilərsiniz.
Elanda şəkilin yanında "ürək" işarəsinə basmaq kifayətdir.
İşarəyə yenidən basdıqdan sonra, elan Seçilmişlər siyahısından silinəcək.

Seçilmiş elanlarınızın siyahısına saytda yuxarı menyuda adınızın yanında Seçilmişlərə klikləməklə, və ya mobil versiyada və tətbiqlərdə Şəxsi kabinetdə baxa bilərsiniz.

Seçilmişləri idarə etmək üçün qeydiyyatdan keçin, və ya şəxsi kabinetinizə daxil olun.
Bu istifadəçinin istifadə etdiyi bütün cihazlarda siyahıları sinxronlaşdırmaq üçün lazımdır.

Saxlanmış axtarışlar

Axtarışınızı sizə lazım olan parametrlərlə yadda saxlaya bilərsiniz, və istənilən zaman hər hansı cihazda ona rahatlıqla qayıtmaq mümkün olacaq.

Axtarış formasını öz filtrlərinizə uyğun doldurun və axtarış nəticələri səhifəsinə keçin.
Saytdakı axtarış formasının yuxarı sağ küncündə "lupa və ürək" işarəsinə, və ya mobil versiyada və tətbiqlərdə eyni işarəyə klikləyin.
İşarəyə yenidən basdıqdan sonra, axtarış Saxlanmış siyahısından silinəcək.

Saxlanmış axtarışlarınızın siyahısına saytda yuxarı menyuda adınızın yanında Axtarışlara klikləməklə, və ya mobil versiyada və tətbiqlərdə Şəxsi kabinetdə baxa bilərsiniz.

Saxlanmış axtarışları idarə etmək üçün qeydiyyatdan keçin, və ya şəxsi kabinetinizə daxil olun.
Bu istifadəçinin istifadə etdiyi bütün cihazlarda siyahıları sinxronlaşdırmaq üçün lazımdır.

Nömrə bloklanıb

Auto.az saytının qaydaları pozulduqda, istifadəçinin profili (telefon nömrəsi) bloklana bilər.
Kabinetə daxil olmaq, və ya elan yerləşdirmək, mümkün olmayacaq.

Bloklanmış profillər bərpa olunmur.

Sualınıza cavab tapmamısınızsa,  Dəstək xidməti  ilə əlaqə saxlayın.