Avto Azərbaycan

Avtomobilinizin fotoqalereyasını necə yeniləmək olar

Avto Azərbaycan

Avto Azərbaycan – Azərbaycanın ən böyük avtomobil foto arxividir.
Biz 1999-cu ildən şəkillərin arxivləşdirilməsi və axtarışı ilə məşğul oluruq, şəkillərin baxış sayı 1 000 000 000 dəfədən çox olmuşdur.

Avto Azərbaycan həm nömrə və avtomobil sahiblərini birləşdirir, onlar üçün internetdə unikal ünvana malik nömrənin şəxsi qalereya yaradılır, həm də avtomobil və nömrə həvəskarı olan fotoqrafları bir araya gətirir – hər bir Auto.az istifadəçisi şəkil yerləşdirə bilər.
Marka və modeldən asılı olmayaraq, avtomobil spotterləri tərəfindən çəkilmiş şəkillərindən tutmuş, xüsusi və nadir avtomobillərin eksklüziv peşəkar fotosessiyalarına qədər.

Şəkilləri tapmaq və baxmaq üçün axtarış sistemi kömək edir, axtarışı həm marka və model, həm də nömrə üzrə etmək mümkündür.

Həm yeni, həm də illər əvvəl çəkilmiş şəkilləri yerləşdirə bilərsiniz.
Hər bir avtomobil nömrəsi unikaldır, hər bir avtomobil Azərbaycan avtomobil parkının tarixidir.

Şəkil yerləşdirmə qaydaları

Hər bir Auto.az istifadəçisi şəkil yerləşdirə bilər.
Lakin, bəzi şəkillər qəbul olunmaya bilər.

Şəkillər haqqında nəyi bilmək vacibdir

Şəkillər keyfiyyətli və maraqlı olmalıdır – avtomobil, nömrə, hətta çəkiliş yeri də maraqlı ola bilər.
Oxşar kadrları çəkmək lazım deyil, vacib olan şəkillərin sayı deyil, keyfiyyətdir.

Nələri yerləşdirmirik:

– süni intellekt vasitəsilə yaradılmış və ya redaktə olunmuş şəkilləri;
– keyfiyyətsiz, və ya kiçik ölçülü şəkilləri;
– nömrəsiz avtomobillərinin şəkillərini, və ya nömrəni oxumaq mümkün olmadıqda;
– avtomobil sahibinin icazəsi olmadan qapalı şəxsi ərazidə çəkilmiş şəkilləri;
– şəkillərdə avtomobillərin sahibləri, və ya başqa insanlar olduqda;
– saytların və sosial şəbəkələrdəki səhifələrin loqotipləri olan şəkilləri;
– tətbiq və saytlardan ekran şəkillərini, onlar Auto.az-dan olsa belə.

Şəkilləri necə əlavə etmək olar

Həm yeni, həm də illər əvvəl çəkilmiş şəkilləri yerləşdirə bilərsiniz.

Saytın tam versiyasında – sol menyuda və ya hər hansı nömrənin səhifəsində “Şəkil əlavə etmək” düyməsinə klikləyin.
Mobil versiyada və tətbiqlərdə – siyahılar səhifəsinin yuxarı hissəsində və ya hər hansı nömrənin səhifəsində “Şəkil əlavə etmək” düyməsinə klikləyin.

Şəkillərin yüklənməsi prosesi cəmi bir neçə addımdan ibarətdir.
Əvvəl nömrə, sonra marka və model seçilməlidir – bunlar şəkillərin düzgün çeşidlənməsinə gərəkdir.
Nəhayət, sonuncu mərhələ şəkillərin özləridir.

Şəkil yükləmək həddi 24 ədəddir. Bu addımı təkrarlamaqla istədiyiniz qədər şəkil yerləşdirə bilərsiniz.

Saytda mövcud olan nömrəyə yeni şəkillər əlavə edildikdə, nömrənin qalereyası yenilənəcək və siyahılarda birinci yerə qalxacaq.

Qalereyanı daha keyfiyyətli şəkillərlə yeniləmək

Saytda artıq mövcud olan şəkilləri daha yaxşı keyfiyyətdə əlavə edərkən, aşağı keyfiyyətli şəkillər silinir.

Yüklənmiş şəkillər saytda nə zaman görünəcək?

Adətən yoxlama bir gündən çox çəkmir, bəzi hallarda proses bir az uzana bilər.

Saytda mövcud olan nömrəyə yeni şəkillər əlavə edildikdə, nömrənin qalereyası yenilənəcək və siyahılarda birinci yerə qalxacaq.

Fotoqraflar və avtomobil spotterləri üçün məlumat

Lütfən, Şəkil yerləşdirmə qaydaları ilə tanış olun.

Üzərində hər hansı loqo və ya mətn olan şəkillərin dərc edilməməsinə baxmayaraq, fotoqraflar və avtomobil spotterləri üçün istisna edilir.
Şəkildə onun müəllifi haqqında məlumatverici su nişanlarının (watermark) yerləşdirilməsinə icazə verilir – loqo, və ya mətn tipli.
Su nişanının (loqo və ya mətn) ölçüsü şəklin eni ölçüsünün 20%-dən, hündürlüyü isə 36 pikseldən çox olmamalıdır.
Yerləşmə – şəklin aşağı sol hissəsi.

Avtomobil spottinqi (ingil.: car spotting) – maraqlı, nadir, idman, ekzotik və retro avtomobillərin, eləcə də gözəl və qeyri-adi nömrələrin şəkillərinin çəkilməsi.

Avtomobil spotteri (car spotter) – avtomobil spottinqi ilə məşqul olan.

TOP 100

“Avto Azərbaycan” bölməsində 100 ən populyar (baxış sayına görə) avtomobil nömrələri – Bu gün üçün və Həftə, Ay, İl, Əsr ərzində.
Reytinqi Auto.az istifadəçiləri formalaşdırır.

İlk 12 nömrə “Qızıl medal” qazanır.
Növbəti 18 (13-30) – “Gümüş”.
Növbəti 70 (31-100) – “Bürünc”.

Populyarlıq hesablaması necə işləyir

Bu gün: Bakı vaxtı ilə 00:00:01-dən 23:59:59-a qədər ən çox baxılanlar;
Həftə: həftənin günündən asılı olmayaraq, son 7 gün ərzində;
Ay: ayın tarixindən asılı olmayaraq, son 30 gün ərzində;
İl: tarix və aydan asılı olmayaraq, son 365 gün ərzində;
Əsr: bütün zaman ərzində.

Nümunə:

Çərşənbə, 28 may, 18:25

Bu gün: 28 may, 00:00:01-dən 18:25-dək ən populyar olanlar;
Həftə: bu gün, 28 may (00:00-18:25), və əvvəlki 6 gün (mayın 22-dən) ən populyar olanlar;
Ay: bu gün, 28 may (00:00-18:25), və əvvəlki 29 gün (aprelin 29-dan) ən populyar olanlar;
İl: bu gün, 28 may (00:00-18:25), və əvvəlki 364 gün (ötən ilin mayın 29-dan) ən populyar olanlar;
Əsr: bütün zaman ərzində ən populyar olanlar.

* Baxış sayının hesablanması 5 avqust 2024-cü ildən, TOP 100 bölməsinin açıldığı tarixdən başlayıb.

Sualınıza cavab tapmamısınızsa,  Dəstək xidməti  ilə əlaqə saxlayın.