Şəkilləri necə əlavə etmək olar

Şəkilləri necə əlavə etmək olar

Həm yeni, həm də illər əvvəl çəkilmiş şəkilləri yerləşdirə bilərsiniz.

Saytın tam versiyasında – sol menyuda və ya hər hansı nömrənin səhifəsində “Şəkil əlavə etmək” düyməsinə klikləyin.
Mobil versiyada və tətbiqlərdə – siyahılar səhifəsinin yuxarı hissəsində və ya hər hansı nömrənin səhifəsində “Şəkil əlavə etmək” düyməsinə klikləyin.

Şəkillərin yüklənməsi prosesi cəmi bir neçə addımdan ibarətdir.
Əvvəl nömrə, sonra marka və model seçilməlidir – bunlar şəkillərin düzgün çeşidlənməsinə gərəkdir.
Nəhayət, sonuncu mərhələ şəkillərin özləridir.

Şəkil yükləmək həddi 24 ədəddir. Bu addımı təkrarlamaqla istədiyiniz qədər şəkil yerləşdirə bilərsiniz.

Saytda mövcud olan nömrəyə yeni şəkillər əlavə edildikdə, nömrənin qalereyası yenilənəcək və siyahılarda birinci yerə qalxacaq.

Sualınıza cavab tapmamısınızsa, Dəstək xidməti ilə əlaqə saxlayın.