Mercedes-AMG sedanını təqdim etdi

Mercedes-AMG sedanını təqdim etdi

10 mart 2017, 11:1153 951

Mercedes-Benz kupe GT bazasında olan sedanının prototipini təqdim edib. Avtomobilin konsepti Mercedes-AMG brendi altında buraxılıb və martın 7-də Cenevrə avtosalonunda təqdim edilib. Mercedes-AMG GT4 adlı yeniliyin əsas rəqibi Porsche Panamera Turbo olacaq.

Yenilik 2019-cu ildə seriyalı versiya alacaq. Şirkətin model sırasında bu avtomobil CLS Shooting Brake-in yerini tutacaq. Avtomobilin əsas rəqibləri isə Audi A7, BMW 6-Series GranCoupe və Porsche Panamera olacaq.

Yeniliyin dizaynı Mercedes-AMG GT3-ü xatırladır. Avtomobil MRA platformasında yığılıb. Bu şassi hazırda C63, E63 və S63 AMG-də istifadə edilir. Çəkini yüngülləşdirmək üçün sedanın bütün detalları alüminiumdan və yüksək dözümlü poladdan hazırlanıb.

Yenilik 4,0-litrlik benzin V8 və elektrik mühərriklərindən ibarət hibrid güc qurğusu alıb. Avtomobilin ümumi gücü 800 a.g.-dür. O, 100 km/saata 3 saniyəyə sürətlənir. Konsept, həmçinin avtomat sürət qutusu - Speedshift MCT və yenidən tənzimlənmiş asılqan alıb.

Daha çox oxuyun