Model Rusiya Müdafiə Nazirliyinin texniki tapşırığı əsasında hazırlanıb. O, Qələbə münasibətilə keçiriləcək paradda ZiL banında avtomobilləri əvəz edəcək. Kabrioletin əsasını ötən il təqdim olunmuş sedan Aurus Senat təşkil edir. Xatırladaq ki, onun zirehli versiyası olan Limousine Vladimir Putini inauqurasiya mərasiminə aparmışdı.

Kabrioletin texniki hissəsi sedandan götürülüb. Bu, 4,4-litrlik V8 mühərrikidir. O, elektrik mühərriki ilə birgə çalışır. Sedan 660 a.g. verir və ilk yüzlüyü 6 saniyəyə yığır. Sürət qutusu 9-pilləlidir, ötürücü tamdır.
Yeniliyin xarici dizaynı Aurus sedanlarını təkrarlayır. Qabaq hissə demək olar ki, tamamilə Senat-dan götürülüb. Dəyişiklik qabaq sütundan sonra başlayır. Belə ki, buradan başlayaraq pəncərə və qapı çərçivələri böyüyür. Salonun üstü hər ehtimala qarşı islanmayan materiallardan hazırlanıb.
Bir qədər sonra kabrioletlərin vətəndaşlar üçün olan versiyası da olacaq və seriyalı şəkildə istehsal ediləcək.