Vw-dən elektrik enerjisi ilə işləyən mikroavtobus

Avtomobil proyeksiyalı displey və güzgülərin əvəzinə kameralarla təchiz edilib. Onları sensorlu idarəetmə ilə tənzimləmək olar. Prototip iki elektrik mühərriki ilə hərəkət edir.

31 69110.01.2017 15:49
Vw-dən elektrik enerjisi ilə işləyən mikroavtobus

Onların ümumi gücü 369 a.g.-dür. Konsept 100 km/saata 5 saniyəyə sürətlənir. Maksimal sürət isə 160 km/saatdır. Yenilik tam ötürücü sistem alıb.

Prototipin tam dolu akkumulyatorla 600 km məsafə qət edə bilir. Batareya yarım saata 80% dolur. Bundan əlavə, Volkswagen şirkəti minivenin fərqli modifikasiyasını hazırlamağı planlaşdırır – arxa ötürücülü. Bu versiya 268 a.g.-ə malik olacaq.