Lexus NX idman paketi alıb

Yaponiyanın Lexus şirkəti Britaniya bazarı üçün kompakt krossover NX-ın idman versiyasını hazırlayıb. Sport adlanan opsional paketi qabaq və ya tam ötürücülü NX 300h modifikasiyalı, habelə NX 300 və NX 200 modelləri üçün sifariş etmək olar.

72 63701.06.2018 09:00
Lexus NX idman paketi alıb

Yaponiya markasının mətbuat xidmətindən bildiriblər ki, Sport paketi Lexus NX modelinin hər iki komplektasiyası – Comfort və Business üçün əlyetərlidir. İdman krossu adi modeldən eksteryerin qara işləməsi və 18-düymlük unikal təkər diskləri ilə fərqlənir.

Bundan əlavə, avtomobil Lexus NX Sport orijinal interyer həlləri alıb. Bütün modellərin interyeri gümüşü elementlər alıb.

Opsional Sport paketli yeni Lexus NX-i cari ilin yay fəslində sifariş etmək olar.