Honda hibrid krossover təqdim edib

Honda hibrid krossover təqdim edib

9 sentyabr 2017, 11:3027 795

Yaponiya avtomobil istehsalçısı Avropa bazarı üçün hibrid modifikasiyalı 5-ci nəsil CR-V təqdim edib. O, bir həftə sonra Frankfurtda debüt edəcək. Avtomobil prototip statusuna malik olsa da, şübhəsiz qarşımızda praktiki olaraq Honda-nın seriyalı variantı dayanır.

Avtomobil 2018-ci ildə Avropa bazarına çıxarılacaq.

CR-V Hybrid-in dəqiq texniki xarakteristikası hələlik sirr olaraq qalır. Məlumdur ki, Honda-nın güc qurğusu Atkinson dövriyyəsi ilə çalışan 2-litrlik benzin mühərrikdən və iki elektrik mühərrikindən ibarətdir. Hibridin gözlənilən gücü 170-200 a.g.-dür.

Hibrid qurğu Intelligent Multi-Mode Drive sisteminin idarəçiliyi altında çalışır. Bu sistem sürücüyə hərəkət rejimi seçimində kömək edir və şəraitə əsasən özü bunu müəyyənləşdirir (EV Drive, Hybrid Drive və ya Engine Drive).

Daha çox oxuyun