Lamborghini Aventador SV daha da güclü oldu

Tüninq atelyesi Novitec Torado rodster Lamborghini Aventador SV üçün yeni versiya təqdim edib. Avtomobil 6,5-litrlik təkmilləşdirilmiş benzin V12 mühərriki alıb. Bu barədə Motor1 məlumat verib. Aqreqat 970 a.g.-ə malikdir. Mühərrikin standart versiyası 750 a.g. verir.

32 03715.07.2017 11:11
Lamborghini Aventador SV daha da güclü oldu

Yenilik, həmçinin karbon asma, 20-düymlük qabaq və 21-düymlük arxa disklər alıb. Bundan əlavə, avtomobil təkmilləşdirilmiş asılqan və yeni qaz buraxma sistemi ilə təchiz edilib.

Rodsterin dinamik xarakteristikası barədə hələlik məlumat verilmir. Avtomobilin standart versiyası 100 km/saata 2,8 saniyəyə sürətlənir. Maksimal sürət isə 350 km/saatdır.