Kia yenilənmiş sedan Optima təqdim edib

Koreyanın KIA Motors Corporation şirkəti 2018-ci model ilinə məxsus KIA K5-I rəsmi olaraq təqdim edib. Dünyanın bir çox ölkəsində bu model KIA Optima kimi tanınır.

28 36928.01.2018 10:00
Kia yenilənmiş sedan Optima təqdim edib

Hələ rəsmi təqdimata qədər güman edildiyi kimi, yeni sedan KIA K5-in banı qabaq və arxa hissədə yenilənib, o, tökmə disklər və bəzi texniki yeniliklər alıb.

Təkmilləşdirilmiş sedan KIA K5/Optima 2018 yeni radiator barmaqlığı, yeni qabaq və arxa bamperlər, modernləşdirilmiş işıq texnikası ilə lovğalana bilər. Bu dəyişikliklər sayəsində 4-qapılı avtomobil daha idmansayağı və aqressiv olub.

Yeni KIA K5-in arsenalında müasir dairəvi müşahidə sistemi, habelə tərkibinə adaptiv-kruiz-kontrol və avtobanda idarəetmə sistemi daxil olan Highway Assist kompleksi var.

Yeni sedan KIA K5 daxili bazarda 2,0 (163 a.g.) və 1,6 T-GDI (180 a.g.) benzin, 1,7-litrlik (141 a.g.) dizel və qaz ilə işləyən 2,0 LPG (151 və ya 153 a.g.) mühərriklə təchiz edilir. Mühərrikdən asılı olaraq avtomobil 6-pilləli mexaniki və ya iki muftalı 7-diapazonlu robot sürət qutusu ilə təchiz edilir.