Kia-dan elektrikli krossover

İlkin elandan sonra Koreya Respublikasının KIA Motors Corporation şirkəti Las-Veqasda elektrikli krossover KIA Niro EV Concept-i təqdim etdi. KIA Niro-nun ekoloji cəhətdən təmiz xarici görünüşü üzərində Cənubi Koreya şirkətinin dizayner studiyasının mütəxəssisləri çalışıblar.

29 92904.01.2018 10:44
Kia-dan elektrikli krossover

Yeni prototip KIA Niro EV Concept barədə danışarkən Koreya brendinin nümayəndələri bildirirlər ki, konsept Kia Motors şirkətinin model sırasının elektrikləşdirilməsi istiqamətində gələcək addımlarını təqdim etmək üçün hazırlanıb.

Güman edildiyi kimi, KIA Niro EV Concept eksteryerin dizaynında bir çox orijinal həllər alıb. Bunun sayəsində, prototip KIA Niro-nun seriyalı modelindən fərqlənir.

KIA Niro EV Concept-in unikal üslubu salonda da davam edir. Şirkətdən bildiriblər ki, modelin interyeri təmiz, minimalist və rəqəmsal görünüşə malikdir.

Texniki hissəyə gəldikdə, KIA Niro EV Concept 150 kVt-luq (203,94 a.g.) elektrik mühərrikindən və 64 kVt/saatlıq tökmə-polimer batareyadan bəhrələnir. Şirkətdən bildiriblər ki, avtomobil tam dolu enerji ilə 383 km məsafə qət edə bilər.