Infiniti-dən 600-güclü kupe

Infiniti-dən 600-güclü kupe

8 mart 2017, 11:1149 241

Infiniti şirkəti Cenevrə avtosalonuna konsept Q60 Black S kupe gətirəcək. Kupenin güc qurğusu Renault F1 yürüş komandasının mühəndisləri ilə birgə hazırlanıb. Onun gücü barədə məlumat verilmir, lakin şayiələrə görə 500 a.g.-ü ötür.

Güc qurğusundan əlavə, kupe aqressiv aerodinamik asma ilə fərqlənir. O, Infiniti-nin Avropadakı dizayn studiyasında Met Viverin rəhbərliyi altında hazırlanıb.

Infiniti Q60 Black S bu yaxınlarda təqdim edilən kupe Q60-ın tam ötürücülü versiyasında yığılıb. Kupe güclü qabaq bamperi və arxa diffuzoru olan aqressiv aerodinamik asma alıb. Bundan əlavə, kupe Formula 1-də istifadə edilən enerji rekuperasiyası sistemi ilə təchiz edilib.

Kupenin seriyalı gələcəyi barədə məlumat yoxdur, lakin Infiniti-dən bildiriblər ki, bu cür hibrid yaxın vaxtlarda istehsal edilə bilər.

Daha çox oxuyun