Land-Rover yeni Defender təqdim etdi

Land-Rover yeni Defender təqdim etdi

17 sentyabr 2019, 10:4561 968

Müasir avtomobil sənayesinin ən gözlənilən debütlərindən biri Frankfurt avtosalonunda baş verib: məşhur yolsuzluq avtomobilinin yeni nəsli təqdim olunub. O, daha zərif və müasir olub, lakin onu məşhur edən xüsusiyyətləri saxlamalıdır.

Yolsuzluq avtomobili oxarası differensialı olan daimi tam ötürücünü qoruyub saxlayıb, lakin qalan hər şeyi itirib. Konstruksiya artıq Defender çərçivəsini təmin etmir, daşıyıcı bana əsaslanır, asılqan tamamilə müstəqildir, mexaniki  qutu isə tamamilə nəzərdə tutulmayıb. Bununla belə, britaniyalıların yeniliyi orijinal həllər sayəsində yolsuzluqda məğlub olmayacaq.

Banın alüminium monokoku çox sərt hazırlanıb – onun çərçivəli variantdan üç dəfə sərt olduğu bildirilir. Bununla belə, böyük model 7 sərnişin(5+2), kiçik model isəqabaq sırada yerləşən xüsusi hazırlanmış qoyma oturacaq sayəsində  6 sərnişinədək götürə bilər. “Defenderin” yük yerinin həcmi indi 231 l-dən 2380 l-dək dəyişir. İnteryer üçün müxtəlif bəzək variantları (köhnəlməyə davamlı da daxil olmaqla), iki rəqəmsal panel (12,3- düymlük cihaz və 10-düymlük multimediya), nəzədə tutulub. Ən orijinal isə qabaq panel tərəfdə böyük çərçivənin olmasıdır. Onun üzərində idarəetmənin bütün orqanları yerləşir.

Multimediya sistemi PiviPro adlanır və güclü prosessora malikdir. Bu, britaniyalılara vahid rəqəmsal arxitektura ilə lovğalanmağa imkan verir. Bildirilir ki, sistemin interfeysi daha sadə alınıb, system özü isə demək olar dərhal yüklənir.

Yeniliyin yolsuzluğu dəf etmək qabiliyyəti avtomatik və dörd fərdi rejimi olan TerrainResponse 2 sistemi sayəsində təkmilləşdirilib. Həmçinin ilk dəfə Brod rejimi də yaradılıb. Onu seçdikdə elektronika yolsuzluq avtomobilini 900 mm dərinliyi olan su hövzələrindən (əvvəl 500 mm idi) keçirə bilir. Bundan əlavə, banın şəffaf hissələri sistemi barədə də məlumat verilir ki, o kamera vasitəsilə kapotun və arxa dayaqların digər tərəfini görməyə imkan verir.

Yenilik üçün 4 güc aqreqatı nəzərdə tutulub. Onlardan birincisi və ikincisi 4-silindrli, 200- və 240-güclü, 430 Nm fırlanma anına malik mühərrikdir (yerindən 100 km/saata sürətlənmə müvafiq olaraq 10,3 və 9,1 saniyədir). Üçüncü mühərrik 300 a.g.-ə malik benzinlə işləyən 2-litrlik turbo aqreqatdır. Dördüncü isə P400 variantı üçün 6-silindrli yumşaq hibriddir. O, 400 a.g. və 550 Nm-ə malikdir. Lakin bazara digərlərindən sonra çıxarılacaq. Mühərriklər 8-pilləli avtomat sürətlər qutusu ilə çalışır.

Daha çox oxuyun