Audi şirkəti 2020-ci model ilinə aid təkmilləşdirilmiş A4 təqdim edib. O, sələfindən fərqli olaraq bir sıra yeniliklər alıb, o cümlədən daha enli və rəvan alınmış yeni bir çərçivəli radiator barmaqlığı, yeni faralar və aşağı ban xətti.

A4 2020-nin bütün modelləri diodlu faralarla təchiz edilib. Opsional olaraq müştərilər tam avtomat uzaq işıqlarla matrisa texnologiyalı faralar da əldə edə bilərlər. Bundan əlavə, model fərqli formada arxa fənərlər, yeni dizaynda qabaq bamper alıb.
Audi A4 2020-nin salonunda 10,1-düymlük sensor ekranı və təkmilləşdirilmiş naviqasiya sistemi olan MMI informasiya-əyləncə sistemi quraşdırılıb. Bundan əlavə, alıcılara 3 variantda cihazlar paneli təklif ediləcək. Onlardan ikisi analoqlu, üçüncüsü isə rəqəmsal.
Avropa bazarı üçün Audi A4 2020 bir neçə güc qurğusu ilə təklif ediləcək: baza versiyada 147 a.g. verən A4 35 TFSI, o cümlədən 227 a.g.-lü A4 45 TDI, 187 a.g.-lü 2.0 TDI, 241 a.g.-lü 2.0 TFSI və 227 a.g.-lü 3.0 TDI.
Təkmiləşdirilmiş S4-ün idman versiyası 349 a.g. və 500 Nm gücə malik 3-litrlik turbolaşdırılmış mühərriklə işə salınır. O, yerindən 100 km/saata 4,7 saniyəyə sürətlənir. Maksimal sürət elektronika vasitəsilə 250 km/saatda məhdudlaşdırılıb.
Audi, həmçinin öz S4 ailəsinə yeni dizel mühərrik əlavə etmək qərarına gəlib: 342 a.g. və 700 Nm fırlanma anı verən 3-litrlik V6. O, 100 km/saata 4,8 saniyəyə sürətlənir.