Cenevrədə 1914-güclü kupe nümayiş olunub
Xorvatiyanın Rimac Automobili şirkəti İsveçrədə ikinci elektrikli hiperkarını rəsmi olaraq təqdim edib. O, Rimac C_Two adlanır. Ekstremal avtomobil 1914-güclü qurğu ilə təchiz edilib və yerindən 100 km/saata 1,84 saniyəyə sürətlənə bilir.
Beləliklə, yeni model Rimac C_Two kömür plastikdən hazırlanıb, 120 kVt/saatlıq akkumulyator alıb. Bundan əlavə, avtomobilin konstruksiyasında karbon lifindən arxa çərçivə, alüminium güc elementləri və bir sıra uyğun materiallar var.
Ekstremal kupe Rimac C_Two-nun təchizatına 4 elektrik mühərriki daxildir: arxa və qabaq oxun hər birində 2 mühərrik. Güc aqreqatları ayrıca sürət qutusu ilə birgə çalışırlar: qabaqda birpilləli, arxada ikipilləli.
Bundan əlavə, təqdim edilən hiperkar Rimac C_Two-nun arsenalında hava axınının optimallaşdırılması üçün fəal aerodinamika paketi var. Onun tərkibinə kapot, arxa diffuzor, qabaq splitter, tənzimlənən arxa aerodinamik qanad daxildir. Qarşı müqavimət əmsalı – 0,28-dir.
İstehsalçının məlumatına görə, hiperkar Rimac C_Two yerindən 96 km/saata 1,84 saniyəyə sürətlənir. Lakin əvvəlcə avtomobil 30 santimetrdən bir qədər çox hərəkət etməlidir. Qeyd edilən maksimal sürət 412 km/saatdır. Avtomobil enerji ilə tam doldurulduqdan sonra 650 km məsafə qət edə bilər.
Bundan əlavə, Rimac C_Two modeli süni intellekti olan avtopilot alıb ki, ona tıxaclarda yardımçı sistem, kor zonaların monitorinqi sistemi, zolaq çərçivəsində hərəkət sistemi, uyğunlaşdırılan kruiz-kontrol və toqquşmanın qarşısını alan sistem daxildir.




